SON XƏBƏRLƏR

TƏBRİZ, URMİYA və XİYAVDAKI ETİRAZ AKSİYALARINDA TUTULAN FƏALLAR HƏBSDƏ QALIR

2021.10.20, 07:36
TƏBRİZ, URMİYA və XİYAVDAKI ETİRAZ AKSİYALARINDA TUTULAN FƏALLAR HƏBSDƏ QALIR

Gunaz.tv
İran adlanan yerin keçmiş prezidenti Məhəmməd Xatəminin azərbaycanlılara lətifə qoşub istehza etməsinə etiraz əlaməti olaraq üç həftə əvvəl aksiyalara qatıldıqları üçün həbs edilən 23 fəalın durumu naməlum qalır. “Media forum” saytının məlumatına görə, Təbrizdə keçirilən etiraz aksiyalarında həbs edilən fəallar Əlirza Fərşi, Fərdin, Murtuza və Həkəm Muradpur, Əli İslami, Əsğər Çəməni, Bayram Xaliqzadə, Səccad Qarabağlı, Möhsün Gülüstan, Arəş Eşqi, Armin Şakiran Vahi, Əli Sadiqi, Əli, Rəsul, İrəc və Nasir Bədəli, Vəhid Əlizadə, Əkbər Məhəmmədi və Qadir Hemmətinin həbsxanada ağır təzyiqlər altında saxlandığı bildirilir. Urmiyada həbs edilən Hamid Birəngin, Xiyavda həbs edilən fəallar Mənsur Seyfi, Aydın Zakiri və Fərdin Nobəxtin də ağır həbsxana həyatı yaşadıqları vurğulanır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar