SON XƏBƏRLƏR

İranlı millət vəkili Avropaya nüvə müzakirələrindəki mövqeyi ilə bağlı xəbərdarlıq edib

2025.05.01, 13:32
İranlı millət vəkili Avropaya nüvə müzakirələrindəki mövqeyi ilə bağlı xəbərdarlıq edib

İranın yüksək səviyyəli deputatı davam edən nüvə danışıqlarında maraqlarına məhəl qoyulmayacağı təqdirdə Tehranın cavab tədbirləri görəcəyi barədə Avropa ölkələrinə xəbərdarlıq edib.

Gunaz.tv

İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının üzvü Əlaəddin Burucerdi bu barədə dövlər mediasına müsahibəsində danışıb.

"Avropa İranın maraqlarına məhəl qoymasa, biz onlara zərər verəcək qərarlar qəbul edəcəyik." - deyə o bildirib.

O, Fransa rəsmilərinin Birləşmiş Millətlər Təşkilatının İrana qarşı sanksiyalarını bərpa edə biləcək “tətik” mexanizminin işə salınmasını müdafiə edən son bəyanatlarından narahatlığını ifadə edib.

"Avropanın hərəkətsizliyi və Fransanın sanksiyaların yenidən tətbiqi ilə bağlı açıqlamaları məntiqə sığmır." - Borojerdi deyib.

Xatırladaq ki, Fransa bazar ertəsi xəbərdarlıq edib ki, Avropanın təhlükəsizlik maraqlarına zəmanət verilməsə, İrana qarşı sanksiyaları yenidən tətbiq edəcək.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar