SON XƏBƏRLƏR

MƏHƏMMƏD XATƏMİ SEÇİCİLƏRİ MƏNTƏQƏLƏRƏ QƏLƏMLƏ GƏLMƏYƏ ÇAĞIRIB

2021.10.20, 07:36
MƏHƏMMƏD XATƏMİ SEÇİCİLƏRİ MƏNTƏQƏLƏRƏ QƏLƏMLƏ GƏLMƏYƏ ÇAĞIRIB

Gunaz.tv
Məhəmməd Xatəmi İran adlanan yerin prezidentliyinə namizəd Mirhüseyn Musəvinin tərəfdaşı, keçmiş prezident Məhəmməd Xatəmi dünən İsfahan əhalisi qarşısında çıxış edərək seçiciləri məntəqələrə gedərkən özləri ilə qələm aparmağa çağırıb. Xatəmi seçicilərə məntəqələrdəki qələmlərə etibar etməyi məsləhət görmədiyini deyib: “Ola bilər ki, məntəqələrdəki qələmlər məxsusi hazırlansın. Siz öz namizədinizin xeyrinə seçim edəndən 10 dəqiqə sonra yazı öz-özünə silinər, bununla da seçiminizi dəyişə bilərlər”. Son günlər seçki məntəqələrində mürəkkəbi yazıldıqdan 10 dəqiqə sonra öz-özünə silinən məxsusi qələmlərdən istifadə ediləcəyi barədə şayiələr yayılıb. İranda prezident seçkisi iyunun 12-də keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar