SON XƏBƏRLƏR

Çin Amerikanın ticarət danışıqları ilə bağlı çağırışına şərt qoyub

2025.05.02, 11:18
Çin Amerikanın ticarət danışıqları ilə bağlı çağırışına şərt qoyub

Çin hakimiyyəti Amerikanın ikitərəfli danışıqlara hazır olduqları barədə bəyanatlarını araşdırır.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi Çin Ticarət Nazirliyinin bəyanatına istinadən məlumat yayıb.

Nazirlik xatırladıb ki, Amerika rəsmiləri ticarət tariflərini müzakirə etmək üçün Çinlə danışıqlar aparmağa hazır olduqlarını dəfələrlə bildiriblər.

“Amerika bu yaxınlarda maraqlı tərəflər vasitəsilə Pekinə Çinlə danışıqlara başlamağa hazır olduqlarını bildirən mesajlar göndərib. Çin hazırda bunu araşdırır”.

Ticarət Nazirliyinin bəyanatında həmçinin qeyd olunub ki, tarif və ticarət müharibəsi Amerika tərəfindən birtərəfli qaydada başladılıb: “Əgər Amerika danışıqlar aparmaq istəyirsə, səmimiyyətini nümayiş etdirməli, səhvlərini düzəltmək və birtərəfli tarifləri aradan qaldırmaq üçün addımlar atmağa hazır olmalıdır”.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar