SON XƏBƏRLƏR

MEHDİ KƏRRUBİDƏN SEÇKİ XƏBƏRDARLIĞI

2021.10.20, 07:36
MEHDİ KƏRRUBİDƏN SEÇKİ XƏBƏRDARLIĞI

Gunaz.tv
Mehdi Kərrubi İran adlanan yerin prezidentliyinə namizəd, Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi təhlükəsizlik rəsmilərinə, o cümlədən ETTELAAT naziri, “Bəsic” (hökumət tərəfdarı könüllülər dəstəsi) və hüquq mühafizə qüvvələri komandanlarına məktub ünvanlayaraq iyunun 12-də keçiriləcək seçkiyə qarışmamalarını tələb edib. məktubda hökumət qüvvələrinin seçki prosesinə hansısa namizədin xeyrinə müdaxilə edəcəyi barədə yayılan şayiələrə toxunan Kərrubi deyib: “Mən azad və sağlam seçkinin nəticəsini nə olur-olsun qəbul edəcəyəm. Lakin seçkiyə kənardan müdaxilə olunacağı təqdirdə açıq və şəffaf şəkildə hər şeyi xalqa danışacaq, olanları ört-basdır etməyəcəyəm. Mənim üçün seçkinin nəticəsi önəmli deyil. Önəmli olan, seçkinin necə keçirilməsidir. Mən dünya və axirət üçün sizə xəbərdarlıq edirəm”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar