SON XƏBƏRLƏR

MARAĞA FƏALLARI AKSİYA KEÇİRƏRƏK ANA DİLİNDƏ TƏHSİLƏ İCAZƏ VERİLMƏSİNİ TƏLƏB EDİB

2021.10.20, 07:36
MARAĞA FƏALLARI AKSİYA KEÇİRƏRƏK ANA DİLİNDƏ TƏHSİLƏ İCAZƏ VERİLMƏSİNİ TƏLƏB EDİB

Gunaz.tv
Güney Azərbaycanın Marağa şəhərində milli kimlik uğrunda dinc mübarizə aparan fəalların aksiyası keçirilib. İyunun 9-da küçələrə çıxan fəallar Azərbaycan dilinin rəsmiləşdirilməsini və ana dilində məktəblərin açılmasına icazə verilməsini tələb ediblər. “ aksiyaçılar “Marağa oyaqdır, türk dilinə dayaqdır”, “Haray, haray, mən türkəm”, “Marağa yatmayıb, Təbrizi atmayıb”, “Azərbaycan oyaqdır, öz dilinə dayaqdır”, “Türk dilində mədrəsə, olmalıdır hər kəsə” və “Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim” şüarları səsləndiriblər. Şəhərin Mosəlla meydanına yaxınlaşan aksiyaçıların təhlükəsizlik qüvvələrinin hücumuna məruz qaldığı, onlarla aksiyaçının həbs edilərək bilinməz istiqamətə aparıldığı bildirilir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar