SON XƏBƏRLƏR

QUM RUHANİLƏRİ ƏHMƏDİNEJADI ŞƏRİƏTƏ ZİDD DAVRANIŞDA QINADI

2021.10.20, 07:36
QUM RUHANİLƏRİ ƏHMƏDİNEJADI ŞƏRİƏTƏ ZİDD DAVRANIŞDA QINADI

Gunaz.tv
Ruhaniləri hiddətləndirən debat İran adlanan yerin ən mühüm dini mərkəzi sayılan Qum şəhərinin 50 yüksək rütbəli ruhanisi birgə bəyanat yayaraq İran prezidenti Mahmud Əhmədinejadın prezidentliyə azərbaycanlı namizəd Mirhüseyn Musəvi ilə keçirdiyi teledebatda özündən əvvəlki hökumət rəsmilərini iqtisadi fəsadda günahlandırmasını kəskin pisləyib. İyunun 3-də keçirilən teledebatda Əhmədinejad keçmiş prezident Rəfsəncani və onun oğlanlarını, həmçinin bir sıra digər ruhani və rəsmiləri iqtisadi fəsadda, neft gəlirindən əldə edilən pulları və hökumət əmlakını mənimsəməkdə günahlandırmışdı. bəyanatda deyilir: “Biz hər hansı siyasi cərəyan və qanada bağlı olmayaraq son günlər prezidentliyə namizədlərin teledebatlardakı bəzi çıxışlarından təəssüfləndiyimizi və son dərəcə narahat olduğumuzu bildiririk”. Bəyanatda həmçinin Əhmədinejadın teledebatda şəriətə zidd davrandığı vurğulanır: “Məzlum və mübariz ruhanilərin sistemə xidmətini qüsurlu göstərmək və onu təhrif etmək qanunsuz sayıldığı kimi, həm də hamının ümidsizliyinə, islam və rejim düşmənlərinin sevincinə gətirib çıxaracaq. Teledebatda iştirak etməyən, özünü müdafiə etməyə fürsəti olmayan və ittihamları ədalətli bir məhkəmədə sübuta yetirilmədiyi halda hansısa əməldə günahlandırılan bir sıra şəxslərin adlarının çəkilməsi şəriətə zidd hərəkətdir”. Bəyanatı imzalayan ruhanilər arasında ayətullah İbrahim Əmini, Rasti Kaşani, Mirməhəmmədi, Ostadi, Teheri Xürrəmabadi, Məhfuzi, Feyz Gilani, Hacı Şeyx Cavad Fazil Lənkərani, Cəfər Kərimi, höccətülislam Məhəmmədrza Cəmşidi, Məhəmməd Əhmədi Fəqih, Seyid Məhəmməd Qərəvi, ayətullah Mehdi Hadəvi Tehrani, Murtuza Cavadi Amülinin də adları yer alıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar