SON XƏBƏRLƏR

Amerika Dövlət Departamenti: Amerika Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir

2025.05.03, 09:16
Amerika Dövlət Departamenti: Amerika Rusiya və Ukrayna arasında vasitəçilik etməyə davam edir

Amerika hələlik Rusiya və Ukrayna arasında vasitəçi funksiyalarından vaz keçmir, lakin münaqişənin həllində irəliləyiş olmasa, vəziyyət dəyişəcək.

Gunaz.tv

Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brüs bildirib.

“Hazırda bizim mövqeyimiz eyni olaraq qalır. Lakin irəliləyiş olmasa, bu dəyişəcək. Və bu dəyişiklik vasitəçi kimi fəaliyyətimizə aid olacaq. Buna baxmayaraq, biz hələ belə bir nöqtədə deyilik”, – Amerika  xarici siyasət idarəsinin nümayəndəsi “Fox News” telekanalının canlı yayımında Ukrayna ətrafındakı vəziyyəti şərh edərkən söyləyib.

O əlavə edib ki, bu, Amerika tərəfinin “atəşkəsə nail olmaq və ya bütövlükdə münaqişəyə son qoymaq istəyindən” imtina etməsi demək deyil.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar