SON XƏBƏRLƏR

Əraqçi: Uranın zənginləşdirilməsinin dayandırılması tələbi danışıqları riskə atır

2025.05.03, 09:47
Əraqçi: Uranın zənginləşdirilməsinin dayandırılması tələbi danışıqları riskə atır

İranın xarici işlər naziri amerikalı həmkarı Marko Rubionun Tehranın uranın zənginləşdirilməsini dayandırması tələbini rədd edib.

Gunaz.tv

Abbas Əraqçi Amerikaya xəbərdarlıq edib ki, “maksimalist mövqe tutma danışıqlarda uğur şansını azaltmaqdan başqa heç nəyə nail ola bilməz.”

Əraqçi İranın Nüvə silahlarının yayılmaması haqqında müqavilənin imzaçısı kimi uranı zənginləşdirməyə haqqı olduğunu deyib.

"Bu müqavilənin imzaçısı olan bir neçə ölkə var ki, onlar uranı zənginləşdirsələr də, nüvə silahına sahib deyillər." - deyə Əraqçi bildirib.

Qeyd edək ki, BMT-nin Nüvə Nəzarəti Təşkilatı mart ayında bildirmişdi ki, İran uranı 60%-ə qədər zənginləşdirən yeganə qeyri-nüvə silahlı dövlətdir.

Nüvə silahına malik olmayan bir sıra ölkələr, o cümlədən Yaponiya, Braziliya, Almaniya və Hollandiya uranı daha aşağı səviyyədə zənginləşdirir.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar