SON XƏBƏRLƏR

Sakit okeanda yerləşən Palau ada ölkəsi “Quantanamo”da saxlanan 17 uyğuru qəbul etməyə razılaşıb

2021.10.20, 07:36
Sakit okeanda yerləşən Palau ada ölkəsi “Quantanamo”da saxlanan 17 uyğuru qəbul etməyə razılaşıb

Gunaz.tv
«Quantanamo» həbsxanasında saxlanılan Çində doğulmuş 17 uyğuru Sakit okeanda yerləşən Palau ada ölkəsi qəbul edəcək. APA-nın məlumatına görə, bu bəyanatla ada ölkənin prezidenti Consan Toribionq çıxış edib. ABŞ federal məhkəməsi 2008-ci ilin payızında təhlükə törətmədikləri üçün bu şəxslərin azadlığa buraxılması barədə qərar çıxarıb, lakin bu qərarın tətbiqi apelyasiya instansiyasında dayandırılıb. Apelyasiya məhkəməsi hesab edir ki, uyğurlar ABŞ-da qala bilmədikləri kimi Çinə də repatriasiya edilə bilməzlər, çünki orada onların həyatı üçün təhlükə var. Bu səbəbdən həmin insanların taleyi hüquqi cəhətdən həll olunmamış qalıb. Barak Obama administrasiyası ötən həftə Palau ada dövlətindən uyğurları qəbul etməyi xahiş edib. Uyğurlar Palauya gedəndən sonra ABŞ ada dövlətinə büdcənin dəstəklənməsi məqsədi ilə 200 milyon dollar ayıracaq. Xatırladaq ki, prezident Obama mayın 21-də etdiyi çıxışında bildirib ki, «Quantanamo» həbsxanası 2009-cu ilin yanvarına kimi bağlanacaq. Məhbusların bəzilərinin işinə federal məhkəmələrdə və hərbi tribunalda baxılacaq, məhbusların üçüncü kateqoriyası azad ediləcək, dördüncü kateqoriya məhbuslar isə digər ölkələrə göndəriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar