SON XƏBƏRLƏR

İsmayıl Bəqayi Donald Trampa etiraz edib

2025.05.05, 13:52
İsmayıl Bəqayi Donald Trampa etiraz edib

İranın Xarici İşlər Nazirliyi Amerika prezidenti Donald Trampın Tehranın nüvə enerjisinə ehtiyacı olmasını şübhə altına alan son açıqlamalarını rədd edib.

Gunaz.tv

Bunu İranın xarici işlər nazirliyinin sözçüsü İsmayıl Bəqayi danışıb.

"İranın neft-qaz ehtiyatları var deyə nüvə enerjisinə ehtiyacı olmadığını iddia etməyin heç bir real və elmi əsası yoxdur." - deyə o bildirib.

Baqayi həmçinin Amerika ilə danışıqların çərçivəsinin dəyişməz qaldığını deyib və əlavə edib ki, “Tehranın mövqeyi beynəlxalq hüquqa əsaslanır və medianın təzyiqi altında dəyişməyəcək.”

Qeyd edək ki, bundan əvvəl Amerika prezidenti Donald Tramp İranla danışıqlarda məqsədinin ölkənin nüvə proqramını “tamamilə sıradan çıxarmaq” olduğunu bildirib, lakin əlavə edib ki, İrana mülki nüvə enerjisi əldə etməyə icazə verilməsi üçün arqumentləri dinləməyə hazırdır.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar