SON XƏBƏRLƏR

Özbəkistan və Qırğızıstan arasında 7 metrlik beton sədd

2021.10.20, 07:36
Özbəkistan və Qırğızıstan arasında 7 metrlik beton sədd

Gunaz.tv
Özbəkistanın Fərqanə vilayətinin Riştan rayonunda Qırğızıstanla sərhəddə 7 metrlik beton sədd çəkilir. Lent.az-ın “Ozodlik” (“Azadlıq” radiostansiyasının özbək versiyası) radiosuna istinadən verdiyi məlumata görə, tikinti bir ay əvvəl başlayıb. Yerli sakinlər bildirirlər ki, səddin tikintisi “Kaytbas” sərhəd məntəqəsi yaxınlığında başlayıb. Tikintiyə hətta məhbuslar da cəlb edilib. 20-30 məhbusu tikinti yerinə kolondan gətirirlər. Qırğızıstan Sərhəd Xidməti bildirib ki, Özbəkistan tərəfi heç bir ilkin razılaşma və xəbərdarlıq olmadan dövlət sərhədində sədd çəkməyə başlayıb. Xüsusi maşınlar sərhəddə dərin xəndəklər qazırlar. Bundan əlavə, Özbəkistan tərəfi qonşu dövlətdən beton sədlə qorunmağı da vacib sayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar