SON XƏBƏRLƏR

Britaniya İran danışıqlarında rol oynamağa çalışır

2025.05.05, 22:35
Britaniya İran danışıqlarında rol oynamağa çalışır

Böyük Britaniyanın Xarici İşlər Naziri Devid Lemminin aprelin 27-də Oman rəsmiləri ilə yüksək səviyyəli görüşləri – İran və Amerikanın Romada Omanın vasitəçiliyi ilə baş tutan danışıqlardan cəmi bir gün sonra – Birləşmiş Krallığın regionun ən təsirli diplomatik proseslərindən birində müşahidəçi qalmamaq istəyini göstərir.

Gunaz.tv

Bundan başqa, Böyük Britaniya Amerika-İran danışıqlarının mayın 2-ə nəzərdə tutulmu, sonradan ləğv edilən, görüşündən öncə də İran rəsmiləri ilə danışıqlar aparmaq istəmişdi.

Qeyd edək ki, hələ mart aylarının sonunda Britaniyanın xarici işlər naziri Devid Lemmi Amerika ilə həmrəylik nümayiş etdirərək İranın heç vaxt nüvə silahı inkişaf etdirməyəcəyini və ya əldə etməməsini təmin etmək üçün ortaq öhdəliyini ifadə etmişdi

Bütün bunların fonunda isə, mayın 4-də, Britaniya polisi 4 İran vətəndaşını terror ittihamı ilə həbs etmişdi.

Bu onu göstərir ki, Böyük Britaniya İranla danışıqlarda uğur əldə edilməsində həm də öz təhlükəsizliyi üçün maraqlıdır.

Xatırladaq ki, İran tərəfi yanvar ayında Kirmanda Britaniyalı cütlüyü həbs etmişdi. Ona görə də hazırda ictimaiyyətin gündəmində iki ölkə arasında mümkün məhbus mübadiləsi var.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar