SON XƏBƏRLƏR

Azərbaycan-İspaniya matçında “Ermənistan bayrağı” panikası

2021.10.20, 07:36
Azərbaycan-İspaniya matçında “Ermənistan bayrağı” panikası

Gunaz.tv
Stadionda yaranmış təşvişə AFFA rəsmilərinin araşdırması son qoyub Bu gün futbol üzrə Azərbaycan yığma komandası Tofq Bəhramov adına Respublika Stadionunda İspaniya millisini qəbul edib. Beynəlxalq yoldaşlıq görüşü 0:6 hesabla ispanların xeyrinə başa çatıb. Qollardan 3-nü 1-ci hissədə David Vilya, qalanları isə 2-ci hissədə Quiza, Riera və Torres vurublar. Görüşün davam etdiyi dəqiqələrdə Lent.az-ın stadionda olan əməkdaşı maraqlı bir olay barədə məlumat verdi. Əməkdaşımız bildirir ki, ispanlar 4-cü qolu qapımızdan keçirərkən ispan azarkeşlərin oturduğu tribunada nə Azərbaycana, nə də İspaniyaya aid olan bayraq yellənib. Uzun müddət havada yellənən böyük dövlət bayrağının Ermənistan bayrağı olduğu barədə məlumat yayılıb. Bu məlumat stadionda təşviş yaradıb. Dərhal AFFA baş katibinin müavini Elxan Əsədov və başqa Federasiya rəsmiləri həmin bayrağın qaldırıldığı yerə gedərək, olayla maraqlanıblar. Qısa araşdırmadan sonra bayrağın Kolumbiyaya aid olduğu bildirilib. AFFA rəsmiləri azarkeşlərə bu barədə məlumat verərək, narahatlığa əsas olmadığını bildiriblər. Elşən Məmmədov

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar