SON XƏBƏRLƏR

Şefçoviç: Amerika 2025-ci ildə Aİ mallarından 100 milyard gömrük rüsumu əldə edəcək

2025.05.06, 15:12
Şefçoviç: Amerika 2025-ci ildə Aİ mallarından 100 milyard gömrük rüsumu əldə edəcək

Amerika bu il Avropa İttifaqı (Aİ) mallarından 100 milyard avro gömrük rüsumu toplaya bilər.

Gunaz.tv

Günaz TV "Report"a istinadən xəbər verir ki, bunu ticarət siyasəti və iqtisadi təhlükəsizlik üzrə Avropa Komissarı Maroş Şefçoviç Avropa Parlamentinin sessiyasında çıxışı zamanı bildirib.

"Bu, rüsumların toplanması baxımından böyük məbləğ olacaq. 2024-cü ildə Amerika Aİ mallarından rüsum və tariflər şəklində 7 milyard avro toplayıb. Avropa Komissiyasının proqnozu göstərir ki, 2025-ci ildə bu rəqəm 100 milyard avroya qədər arta bilər", - o qeyd edib.

O vurğulayıb ki, bu gün Vaşinqton artıq Aİ ixracının 70 %-nə 10 %-dən 25 %-ə qədər gömrük rüsumu tətbiq edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar