SON XƏBƏRLƏR

Con Bolton: Tramp İranın sui-qəsd hədəfindədir

2025.05.07, 11:56
Con Bolton: Tramp İranın sui-qəsd hədəfindədir

Amerikanın keçmiş milli təhlükəsizlik müşaviri Con Boltonun sözlərinə görə, Donald Tramp hələ də İranın sui-qəsd hədəfindədir.

Gunaz.tv

Con Bolton bu barədə "Sky News"a müsahibəsində deyib.

Bolton müsahibədə İranın terror şəbəkəsinin Avropa və Amerikada həqiqətən də kifayət qədər geniş olduğunu deyib və Tehranın 2020-ci ildə Amerikanın pilotsuz təyyarəsinin zərbəsi nəticəsində öldürülən SEPAH komandiri Qasım Süleymaninin qisasını almaq niyyəti barədə xəbərdarlıq edib.

Qeyd edək ki, Amerikanın Ədliyyə Departamenti 2022-ci ildə İran vətəndaşı olan Şahram Purfarsi adlı şəxsi Con Boltonu öldürmək üçün sui-qəsdçi tutmaq ittihamı ilə həbs etmişdi.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar