SON XƏBƏRLƏR

QƏRB MƏTBUATI İRAN ADLANAN YERDƏ MİRHÜSEYN MUSƏVİNİN DƏSTƏYİNİN ARTDIĞINI BİLDİRİR

2021.10.20, 07:36
QƏRB MƏTBUATI İRAN ADLANAN YERDƏ MİRHÜSEYN MUSƏVİNİN DƏSTƏYİNİN ARTDIĞINI BİLDİRİR

Gunaz.tv
İran adlanan yerin seçki komissiyasının sədri Kamran Daneşcu cümə günü (iyunun 12-də) prezident seçkilərinin yüksək seçici fəallığı şəraitində keçəcəyini gözlədiyini bidirib. Bu barədə “Amerikanın səsi” radiosu məlumat yayıb. MSK sədrinin sözlərinə görə, ölkənin səs vermək hüququ olan 46 milyon əhalisi səhər saat 8-dən başlayaraq 10 saat ərzində seçimini etmək imkanına malik olacaq. O bildirib ki, yerlərdə rəsmilər lazım gəlsə səsvermə məntəqələrinin açıq qalması üçün İranın Daxili İşlər Nazirliyinə müraciət edə bilərlər. Prezidentliyə dörd namizəddən heç biri səslərin 50 faizini ala bilməsə, daha çox səs alan iki namizəd iyunun 19-da ikinci tur seçkilərdə rəqabət aparacaq. Son rəy sorğularına əsasən, seçicilərin 89 faizi seçkilərdə səs vermək istəyir. Radionun məlumatına görə, qərb mətbuatı İranda prezident seçkilərinə böyük diqqət ayırır. “Amerikanın səsi” dünyanın aparıcı qəzetlərinin icmalını aparıb və prezidentliyə namizəd Mirhüseyn Musəvinin elektorat arasında himayəsinin artdığını bildirir. Thomas Erdbrink “Vaşinqton Post” qəzetinin dünənki nömrəsində dərc olunan məqaləsini Fars vilayətinin Dəsdi Ərzhan qəsəbəsindən göndərib. “Kənd yerlərinin loyallığı dəyişə bilər” başlıqlı məqalədə qeyd edilir ki, İran prezidenti qəsəbə əhalisinin dəstəyini itirir. Məqalədə deyilir ki, 2005-ci il prezident seçkilərində Əhmədinejadı ən çox dəstəkləyən Fars və İranın başqa mərkəzi vilayətləri idi. Həmin seçkilərdə İnqilab Keşikçiləri və Bəsiclərin Əhmədinejad üçün xalq arasında apardıqları kampaniyanın rolu böyük olub. Kənd yerlərində Əhmədinejadı himayənin hələ də güclü olduğu iddialarına baxmayaraq, Dəsdi Ərzhan əhalisinin çoxu cümə günü seçkilərdə Əhmədinejadın ən güclü rəqibi Mirhüseyn Musəviyə səs verəcəklərini deyirlər. Müəllif yazır ki, Əhmədinejadın yoxsulların vəziyyətinin yaxşılaşdırılması istiqamətində yeritdiyi siyasətə, maaşların, pensiyaların artırılmasına və 22 milyon İranlının tibbi sığortayla təmin olunmasına, hətta əhaliyə nəğd pul paylanmasına baxmayaraq, işsizlik və inflyasiya bu siyasətlərin təsirini aradan götürüb. Qəsəbənin sakinlərindən Əli Qurbani deyib ki, Əhmədinejadın verdiyi sözlərə baxmayaraq, o hələ də işsizdir. Əhmədinejadın güclü rəqibi Musəvinin şəkillərini isə qəsəbənin hər yerində görmək mümkündür. Keçmiş baş nazir əhaliyə daha geniş azadlıqlar və iqtisadiyyatın daha yaxşı idarə olunmasını vəd edir. Britaniyanın “Telegraf” qəzeti isə yazır ki, Əhmədinejad ikinci tur seçkilərdə iştirak etməli olacaq. Kolin Frimanın Tehrandan göndərdiyi məqalədə deyilir ki, İranın tarixində həlledici rol oynayacaq seçkilərə beş gün qalmış aqressiv anti-qərb mövqei ilə həm islahatçıları, həm də müttəfiqi olan mühafizəkarları özündən uzaqlaşdıran Əhmədinejad güclü müxalifətlə üz-üzədir. Diplomatlar isə yaxın şərqin gələcəkdəki sabitliyində həlledici rol oynayacaq seçkiləri şərhetməkdə çətinlik çəkirlər. Bununla yanaşı, onlar, namizədlərdən heç birinin birinci turda qələbə çala bilməyəcəyini Əhmədinejadla Musəvinin ikinci turda yarışacaqlarını gözləyir. Məqalədə Əhmədinejadla Mehdi Kərrubi arasında keçirilən debata da yer verilir. Qarşılıqlı olaraq şuarların və güclü ittihamların irəli sürüldüyü debatda Əhmədinejadın 25 faizlik inflyasiyaya baxmayaraq, iqtisadiyyatın yaxşı vəziyyətdə olduğu iddiasını Kərrubi qeyri-dürüstlük adlandıraraq, yalan danışmağın günah olduğunu xatırladıb. “Nyu-York Tayms” qəzeti dünənki nömrəsində yazır ki, seçki gününün yaxınlaşdığı bir zamanda namizədlərin bir-birlərini tənqidləri də sərtləşir. Onlar bir-birlərini korrupsiya, rüşvət və işgəncədən istifadədə ittiham edir. Robert Vurth Tehrandan göndərdiyi məqaləsində yazır ki, kampaniyada rəqabətin İranda indiyə qədər görünməmiş şəkildə kəskinləşməsinin səbəbi, qismən Mirhüseyn Musəvinin kampaniyasının gətirdiyi enerji və yaratdığı maraqla bağlıdır. İndi Musəvinin mitinqlərində on minlərlə insan iştirak edir və ən son keçirilən qeyri-rəsmi rəy sorğusunun nəticəsinə görə, onu himayə edənlərin nisbəti 54 faizə qalxıb, Əhmədinejadı himayə isə 39 faizə düşüb. Robert Vurth yazır ki, seçkilərdə gərginliyin artmasının əsas səbəbi Əhmədinejadın ritorikası, rəqiblərini və onların tərəfdarlarını qəzəbləndirən hücumlarıdır. Belə ki, Musəvinin xanımı Əhmədinejadı böhtana görə məhkəməyə verməkdə hədələyib. Əhmədinejadın debat vaxtı, hörmətli bir siyasətşünas olan Xanım Zəhra Rahnavardın şəklini göstərərək onun magistratura proqramına imtihansız qəbul olunduğunu və universitetin başqa qaydalarını pozduğunu irəli sürməsi bəzi tamaşaçılar arasında şok təsiri yaradıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar