SON XƏBƏRLƏR

İran körfəzinin adına görə Amerikaya cavab verib

2025.05.07, 13:37
İran körfəzinin adına görə Amerikaya cavab verib

İranın Xarici İşlər Nazirliyi Amerikanın körfəzin adının dəyişdirilməsi planlarını sərt tənqid edərək, bu addımı siyasi motivli və dünyadakı bütün iranlılar üçün təhqir adlandırıb.

Gunaz.tv

Bu barədə İranın xarici işlər naziri X sosial şəbəkəsində paylaşım edib.

Paylaşımda o, bu dənizin "Fars-İran Körfəzi" adının yüzillərdən gələn tarixə dayandığını iddia edib.

“Fars körfəzinin tarixən formalaşmış adını dəyişdirmək üçün siyasi motivli cəhdlər İrana və onun xalqına qarşı düşmənlik niyyətinin göstəricisidir və tərəfimizdən qətiyyətlə pislənir”, - deyə Əraqçi yazıb.

Qeyd edək ki, Amerika prezidenti Donald Tramp “Ərəb körfəzi” adının istifadəsinin rəsmiləşdirə biləcəyini bildirmişdi.

İranın xarici işlər naziri Abbas Əraqçinin "Fars-İran Körfəzi" adının "tarixən formalaşmış" adlandırması isə tamamilə gülüncdür. Bölgəmizdə olan bir çox coğrafi adlar, "Yaxın Şərq", "Cənubi Qafqaz", "Şimali Qafqaz", "Levant", "Mesopotamiya" kimi "İran Körfəzi" adı da bölgəyə müstəmləkəçi güclərin gəlişindən sonra yaranmışdır, yaxud bu adlar yalnız Avropalılar tərəfindən istifadə edilmişdir. Bölgədə yaşayan, ya da dövlət qurmuş xalqların heç biri bu dəniz üçün heç bir zaman "Fars Körfəzi" adını işlətməmişdir.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar