SON XƏBƏRLƏR

Amerikalı senator: İsrail İranı vurmalıdır

2025.05.07, 14:54
Amerikalı senator: İsrail İranı vurmalıdır

Amerikalı senator Lindsi Qraham İsrailin İranı vurmalı olduğunu deyib.

Gunaz.tv

Senator bu barədə özünün sosial media hesabında yazıb.

O, Husilərin Amerikanın hücumlarından sonra təslim olmasını misal göstərərək güc yolu ilə sülhün mümkün olduğunu deyib.

"Əgər Husilər İsrailə hücum edirsə, onlar bunu İranın əli ilə edirlər. İran olmasa Husilər nə Amerikaya, nə İsrailə, nə də beynəlxalq ticarət gəmilərinə hücum edə bilməyəcəklər. İsraildəki dostlarıma səslənirəm, hava məkanınızı və xalqınızı qorumaq üçün nə gərəklidirsə edin. İrana ağır zərbə vurmaq barədə düşünməyin vaxtı çoxdan çatıb. İranı neft biznesindən məhrum qoymaq üçün o qədər də çox şey lazım olmayacaq." - deyə senator yazıb.

 

- Cəfər Cəfərli

 

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar