SON XƏBƏRLƏR

İran birbaşa danışıqlar aparmağa razı olub

2025.05.07, 21:08
İran birbaşa danışıqlar aparmağa razı olub

İranın xarici işlər naziri Abbas Əraqçi Amerika prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffa müraciət edərək Vaşinqtonla birbaşa nüvə danışıqlarının aparılmasını istəyib.

Gunaz.tv

Bununla bağlı Əraqçi Stiv Uitkof ilə əlaqə saxlayıb, Tehranın üçüncü tərəfin vasitəçiliyindən yan keçmək istəyini ifadə edib.

Qeyd edək ki, İran bir müddət idi ki, Amerika ilə danışıqların üçüncü tərəfin iştirakı ilə keçirilməsində israr edirdi.

Məsələyə Amerikadan hələ ki münasibət bildirilməyib.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar