SON XƏBƏRLƏR

Obama Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında tarixi imkan olduğuna inanır

2021.10.20, 07:36
Obama Dağlıq Qarabağ münaqişəsinin həll olunmasında tarixi imkan olduğuna inanır

Gunaz.tv
Bu barədə ABŞ dövlət katibinin Avropa və Avroasiya məsələləri üzrə köməkçisi bldirib DAK informasiya mərkəzinə daxil olan məlumata əsasən Yaxın gələcəkdə Ankara və İrəvan arasında münasibətlər normallaşacaq və Dağlıq Qarabağ münaqişəsi həll olunacaq. Bu barədə Armtoday-in məlumatına görə, Ermənistanda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avroasiya məsələləri üzrə köməkçisi Filip Qordon bildirib. “ABŞ prezidenti və dövlət katibi yaxın gələcəkdə Dağlıq Qababağ münaqişəsinin həll olunmasında və Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasında tarixi imkan olduğuna əmindirlər”, - deyə F. Qordon bildirib. Qordonun sözlərinə görə, ölkələr arasında inamın yaranması çox vacib məsələdir. O hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasına və Ermənistan –Türkiyə münasibətlərinin normallaşmasına ölkələr arasında inamın olmaması mane olur. ABŞ dövlər katibinin müavini qeyd edib ki, hər iki məsələni həll etmək üçün indi tarixi an mövcuddur. Çünki, ABŞ bu məsələlərdə irəliləyiş əldə etmək üçün hər gün iş görürlər. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar