SON XƏBƏRLƏR

Bu gündən Bakıda NATO həftəsi keçiriləcək

2021.10.20, 07:36
Bu gündən Bakıda NATO həftəsi keçiriləcək

Gunaz.tv
Bakı tədbirlərində NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Zbiqner Rıbatskinin də iştirak edəcəyi gözlənilir Bu gündən Bakıda NATO həftəsi keçiriləcək. Xarici İşlər Nazirliyi mətbuat xidmətinin məlumatına görə, tədbir iyunun 26-dək davam edəcək. NATO həftəsi çərçivəsində bir sıra seminarlar, konfranslar və işgüzar görüşlər olacaq. İyunun 10-11-də “Enerji təhlükəsizliyi: çağırışlar və perspektivlər” mövzusunda Avratlantika Tərəfdaşlığı Şurasının seminarı keçiriləcək. Seminarda Rumıniya Xarici İşlər Nazirliyinin strateji işlər üzrə dövlət katibi Boqdan Aureskunun əsas məruzəçi kimi iştirak edəcəyi gözlənilir. Bundan başqa, iyunun 16-da elmi sahədə əməkdaşlıq məsələlərinə dair NATO-Azərbaycan işgüzar görüşü olacaq. Avratlantika İttifaqı çərçivəsində, habelə “NATO və Azərbaycanın əməkdaşlığı sahəsində silahlı qüvvələrin və hüquq-mühafizə orqanlarının rolu” mövzusunda konfransın keçirilməsi planlaşdırılır. Bakı tədbirlərində NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndirici zabiti Zbiqner Rıbatskinin də iştirak edəcəyi gözlənilir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar