SON XƏBƏRLƏR

Amerika bölgəyə əlavə qüvvələr cəlb etməyə davam edir

2025.05.08, 15:03
Amerika bölgəyə əlavə qüvvələr cəlb etməyə davam edir

İranla nüvə sazişini canlandırmaq səyləri dalana dirəndiyi üçün Amerika Hind okeanında uzun mənzilli zərbə imkanlarını gücləndirir.

Gunaz.tv

Peyklərdən çəkilən görüntülərdən aydın olur ki, Amerika Dieqo Qarsia hərbi bazasına iki əlavə B-52 bombardımançı təyyarəsi yerləşdirib.

Xatırladaq ki, Amerika mart ayında bu bazaya B-2 bombardımançı təyyarələri yerləşdirmişdi.

Bunker dağıdan bombalar daşıya bilən B-2-lər əvvəllər, ötən ilin payızında Yəməndəki Husilərin yeraltı hədəflərini vurmaq üçün istifadə edilmişdi.

Qeyd edək ki, Amerika prezidenti Donald Tramp xəbərdarlıq edib ki, diplomatiya uğursuz olarsa, hərbi əməliyyatlar bir seçim olaraq qalır.

 

- Cəfər Cəfərli

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar