SON XƏBƏRLƏR

Seçki dövründə hər kəs Azərbaycan türkcəsini tərifləyir

2021.10.20, 07:36
Seçki dövründə hər kəs Azərbaycan türkcəsini tərifləyir

Gunaz.tv
Milli azlıq kartından bu qədər geniş istifadə olunmasının bir neçə səbəbi var. Əvvəla, 8 prezidentliyə namizəddən 3-ü elə milli azlıqların nümayəndəsidir. İslahatçıların namizədi Mirhüseyn Musəvi əslən azərbaycanlı, başqa bir islahatçı namizəd Mehdi Kərrubi və mühafizəkar Möhsün Rezayi isə lordur. İkincisi də hələ İran adlanan yerin rəsmi statistikasına görə, 65 milyonluq əhalinin yarısına qədərini milli azlıqlar təşkil eləyir. Amma ABŞ-ın araşdırma institutları və başqa müstəqil mənbələrin hesablamalarına görə, təkcə İran adlanan yerdə öz tarixi torpaqlarında yaşayan azərbaycanlıların sayı 30 milyondan çoxdur. Yəni bu rəqəmlərə görə, azərbaycanlılar hətta İran adlanan yerdə milli azlıq deyil, farslardan da çoxdurlar. Üçüncü məsələ isə ondan ibarətdir ki, sayca çox olmalarına baxmayaraq, İran adlanan yerdəki milli azlıqların hüquqları yetərincə pozulub. Son illərsə azlıqların hüquqları uğrunda mübarizəsi genişlənib və namizədlər də bu problemləri görməzdən gəlmək istəmir, əksinə, yetərincə fəal olan bu seçicilərin də səsini qazanmağa çalışır. İş o yerə çatıb ki, hətta fars olan indiki prezident Mahmud Əhmədinejad da ötən ay Təbrizdə çıxış eləyəndə iddia eləmişdi ki, “ən yaxşı və mükəmməl dillərdən biri olan Azərbaycan türkcəsində” səlis danışa bilir. Musəvi və Kərrubi kimi namizədlərə gəldikdə isə onların seçkiqabağı vədlərindən biri də məhz milli azlıqların hüquqlarının təminatıyla bağlıdır. Onlar söz verirlər ki, hakimiyyətə gələndən sonra milli azlıqların öz doğma dillərində təhsil almaq hüququnu gerçəkləşdirəcəklər, onların dilində kütləvi informasiya vasitələrinin yayılmasına imkan verəcəklər və s. Baxmayaraq ki, prezidentliyə namizədlərin indi verdiyi vədlər əslində çoxdan İran adlanan yerin Konstitusiyasında yer alıb. Ancaq reallıqda milli azlıqların heç biri İran adlanan yerin Konstitusiyasında yer alan bu haqlardan istifadə edə bilmir. Əksinə, bu haqlarını tələb eləyən azərbaycanlılar, kürdlər separatçı kimi damğalanır və zindanlara salınır. Parisdən İran adlanan yerlə bağlı ekspert Azade Keyan: “Məktəblərdə dərslər hamısı fars dilində keçirilir, azlıqlar isə tədris proqramlarına ana dillərində təhsili də salmaq istəyir. Onların başqa tələbləri də var, mədəni tələblər, inkişafla bağlı tələblər, onlar hamıya bərabər hüquqlar verilməsini tələb edir, farsların ölkədə hər kəsdən üstün olmasına qarşı çıxır. Bu tələblərin hamısı qanunidir. Amma Əhmədinejadın hökuməti bu tələbləri milli təhlükəsizliyə hədə kimi görür və onları sıxışdırır. Və milli azlıqlara qarşı belə münasibət bəzi hərəkatların daha da radikallaşmasına gətirib çıxarır”. Kanadada yaşayan İranda Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Assosiasiyasının sədri Faxtə Zamani deyir ki, İran adlanan yerdəki azərbaycanlıları həm saylarının çoxluğuna, həm də ötən əsrdə üç dəfə inqilaba cəhd etdikləri üçün digər milli azlıqlardan daha çox sıxışdırırlar və assimilyasiyaya məruz qalırlar. Xüsusilə də 2006-cı ildə Təbrizdə və başqa şəhərlərdəki etirazlardan sonra. Nəinki doğma dillərində təhsil almaq və ya müstəqil qəzet buraxmaq hüququ təmin edilir, hətta uşaqlarına öz dillərində ad qoymağa da imkan vermirlər. Onun sözlərinə görə, həm İran adlanan yerin özünün dövlət rəsmiləri, həm də inqilabdan sonra İran adlanan yerdən mühacirət eləyən bir çoxları azərbaycanlıların hüquqlarının tapdalanması fikrini yaxına da buraxmaq istəmirlər. Məsələn, 2008-ci ilin mart ayında, ABŞ Konqresində İran adlanan yerdəki milli azlıqlarla bağlı keçirilən müzakirələrdə bəzi mühacirlər azərbaycanlıların mədəni hüquqlar uğrunda apardığı mübarizəni insan haqları uğrunda mübarizə kimi tanınmasına da etiraz edirdilər. Onlar ana dilində təhsil, media və başqa hüquqlarını tələb edən azərbaycanlıları daha çox separatçı kimi təqdim eləyirlər və bu üzdən müzakirələrdə dava-dalaş da çıxmışdı. Ancaq polisin müdaxiləsindən sonra dinləmələr davam eləmişdi. İranşünas Məsud Səfəri isə deyir ki, bəziləri belə təqdim eləməyə çalışır ki, digər milli azlıqlara nisbətən azərbaycanlıların İran adlanan yerdə dövlət vəzifəsi tutması şansı daha çoxdur. Məsələn, elə indiki dini lider, ayətullah Əli Xameneyi və ya islahatçıların namizədi - vaxtilə baş nazir olan Musəvi kimi. Amma elə Səfiri özü də razılaşır ki, bu vəzifələrə gəlmək üçün onların öz milli kimliklərini unutması və ya arxa plana atması daha önəmli olub. Əslində isə İran adlanan yerin özündəki rəy fərqlidir: “Bir çox milli azlıqlar arasında belə bir fikir geniş yayılıb ki, siyasi hakimiyyət bir qrup farsın əlində cəmləşib və farslar hakimiyyəti başqa etnik qruplarla bölüşmək fikrində deyil”. İran adlanan yerin indiki prezidenti Mahmud Əhmədinejad Təbrizdə seçkiöncəsi təşviqat mitinqində ən mükəmməl dillərdən biri olan Azərbaycan dilində danışdığını iddia eləsə də, adi çıxışlarında ana dili və s. bu cür tələblərin ölkənin bütövlüyünə qarşı yönəlməsindən danışır. Musəvi və Kərrubi kimi islahatçıların namizədləri isə İran adlanan yerin prezidentinin milli hüquqlara belə yanaşmasına qarşı çıxır, amma özləri də ölkənin bütövlüyünün tərəfdarı olduqlarını bildirirlər / Azadlıq radiosu /

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar