SON XƏBƏRLƏR

HƏMAS ABŞ-ı birbaşa danışıqlara çağırdı

2021.10.20, 07:36
HƏMAS ABŞ-ı birbaşa danışıqlara çağırdı

Gunaz.tv
HƏMAS rəsmisi: "Obama administrasiyası öz mövqeyini dəyişməlidir" Danışıqlar prosesində HƏMAS-ın iştirakı olmadan ABŞ prezidenti Barak Obamanın sülh təşəbbüsü uğursuzluğa düçar olub. ANS PRESS-in “İtar-tass”a istinadən verdiyi xəbərə görə, bu bəyanatla HƏMAS-ın siyasi bürosu rəhbərinin müavini Musa Əbu Marzuk çıxış edib. Marzuk ABŞ-ı islamçılarla birbaşa danışıqlara səsləyib. "Obama administrasiyası öz mövqeyini dəyişməlidir. O bilir ki, HƏMAS-ın iştirakı olmadan onun səyləri uğurla nəticələnməyəcək", - deyə o qeyd edib. Xatırladaq ki, ABŞ HƏMAS-ı terror təşkilatı hesab edir. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar