SON XƏBƏRLƏR

Çin və Amerika danışıqlar zamanı gömrük rüsumlarının tətbiqini dayandıra bilərlər

2025.05.09, 21:39
Çin və Amerika danışıqlar zamanı gömrük rüsumlarının tətbiqini dayandıra bilərlər

Çin və Amerika hakimiyyətləri bu həftəsonu İsveçrədə keçiriləcək danışıqlar zamanı qarşılıqlı tətbiq etdikləri gömrük rüsumlarının qüvvəsini müvəqqəti olaraq dayandıra bilərlər.

Gunaz.tv

Günaz TV Reporta istinadən xəbər verir ki, bu barədə İsveçrənin iqtisadiyyat naziri və vitse-prezidenti Qi Parmelen ABŞ-nin maliyyə naziri Skott Bessent və Çin Xalq Respublikası Dövlət Şurasının baş nazirinin müavini He Lifenlə Bern şəhərində keçirdiyi danışıqlardan sonra təşkil olunan mətbuat konfransında bildirib.

“Biz hər şeyi, o cümlədən danışıqlar zamanı qarşılıqlı şəkildə gömrük rüsumlarının dayandırılmasını da təsəvvür edə bilərik. Bu, tərəflərdən asılıdır”, – deyə Parmelen qarşıdan gələn danışıqların mümkün nəticələrini şərh edərkən bildirib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar