SON XƏBƏRLƏR

Amerika Çin-Rusiya ittifaqını digər ölkələrin təhlükəsizliyi üçün təhdid hesab edir

2025.05.10, 10:46
Amerika Çin-Rusiya ittifaqını digər ölkələrin təhlükəsizliyi üçün təhdid hesab edir

Amerika dövlət departamentinin nümayəndəsi Çin və Rusiya arasında əməkdaşlığın davam etməsinin Birləşmiş Ştatlar və digər ölkələrin təhlükəsizliyinə və firavanlığına mənfi təsir edəcəyini hesab edir.

Gunaz.tv

Günaz TV Reporta istinadən xəbər verir ki, bu barədə “Yonhap” məlumat yayıb.

"Amerika Prezidenti Donald Trampın dediyi kimi, bu iki nüvə dövləti arasında əməkdaşlığın davam etməsi qlobal qeyri-sabitliyi daha da ağırlaşdıracaq. Birləşmiş Ştatları və digər ölkələri daha az təhlükəsiz və daha az firavan edəcək", - adı açıqlanmayan amerikalı diplomat Çin Sədri Si Cinpinin Moskvaya səfərinin yekunlarına dair Rusiya və Çinin birgə bəyanatının Koreya yarımadası ilə bağlı hissəsini şərh edib.

Sənəddə qeyd olunub ki, Rusiya və Çin "müvafiq dövlətləri" birtərəfli sanksiyalardan və güc təzyiqindən, həmçinin Şimal-Şərqi Asiyanın militarizasiyası və orada qarşıdurmanın təhrik edilməsi kursundan imtina etməyə, Koreya yarımadasında gərginliyin azaldılması üçün addımlar atmağa çağırır.

Amerika rəsmisi həmçinin "Ukrayna münaqişəsi zamanı Çinin Rusiyanın müdafiə sənayesinə dəstəyini" qeyd edib.

 

C

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar