SON XƏBƏRLƏR

Çinlə Rusiya geri çəkilir

2021.10.20, 07:36
Çinlə Rusiya geri çəkilir

Gunaz.tv
Şimali Koreyanın nüvə planı dünyanın diqqət mərkəzində olan əsas məsələlərdəndir. Bu barədə Birləşmiş Ştatların bir sıra dövlət xadimiləri fikirlərini açıqlayıblar. Şimali Koreyanın uzaq mənzilli raket sınağı dünyanın əksər hissəsində böyük narazılıqla qarşılanıb. Birləşmiş Ştatların BMT-dəki keçmiş təmsilçisi Jon Bolton Şimali Koreyanı nüvə sınaqlarını dayandırmayacağı təqdirdə Vaşinqtonla münasibətlərinin daha da pisləşcəyini bildirib. O, razılıq əldə olunmasa ABŞ hökumətinin bu ölkəyə ağır iqtisadi sanksiyalar tətbiq edəcəyini deyib. Halbu ki, ilin əvvəlində prezident Barak Obama məsələnin sülh yolu ilə həllinə tərəfdar olduğunu söyləmişdi. Problemi müzakirə etmək üçün gələn həftə Obamanın Cənubi Koreya lideri Li Munq Bakla görüşü gözlənilir. ABŞ-ın müdafiə naziri robert Qeyts də Pexenyana qarşı sərt tədbirlərin həyata keçrilməsinin vaxtı çatdığını bildirib. O, Şimali Koreyanın özbaşınalığına cavab olaraq, hazırlanan 14 uzaq mənzilli raketlərin sayını 30-a çatdırmağı təklif edib. Layihə baş tutarsa, yeni raketlərə 200 milyon dollardan çox vəsait sərf olunacaq. Nazirin sözlərinə görə, qlobal maliyyə böhranına baxmayaraq, Tehranın və Pxenyanın nüvə sınaqları qarşısında ,bu sektorun inkişafı üçün lazımi qədər pul xərjləməkdən çəkinmək lazım deyil. ABŞ-ın xüsusi xidmət orqanının əməkdaşı Stefan Bosvors da nüvə sınağının Koreya yarmadasında fəlakət yarada biləcəyi fikrindədir. Lakin siyasətçilərin sözlərinə görə Çin və Rusiya bu problemin həll olunmasında o qədər də maraqlı görünmür. Bu məsələdə əsasən Yaponiya ilə Cənubi Koreya ABŞ-ın ən yaxın tərəfdaşı kimi çıxış edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar