SON XƏBƏRLƏR

PAKİSTANDA VƏZİYYƏT YENİDƏN GƏRGİNLƏŞİB

2021.10.20, 07:36
PAKİSTANDA VƏZİYYƏT YENİDƏN GƏRGİNLƏŞİB

Gunaz.tv
Taliban silahlıları Pakistanda növbəti terror aktını həyata keçirib Peşavar şəhərində lüks otellərdən biri olan Pörl Kontinental mehmanxanası yaxınlığında törədilən partlayış zamanı ən azı 11 nəfər həlak olub. 70-dən artıq insan xəsarət alıb. Şahidlər bir neçə silahlı şəxsin maşınla otelin həyətinə daxil olaraq təhlükəsizlik əməkdaşlarını atəşə tutduğunu, sonra isə maşındakı partladıcıları işə saldıqlarını qeyd ediblər. Əsasən əcnəbilərin məskunlaşdığı otelin bir hissəsi dağılıb. Ölənlər arasında iki əcnəbi də var. İntiharçı bomba partlayışının qurbanlarından biri BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissaralığının əməkdaşı olub.Məlumatlara görə, Komissarlığın rəsmisi Aleksandr Volkapiç Pakistana göndərilən təcili yardım dəstəsinin tərkibində olub.İnsidentdən dərhal sonra Pişəvərdə təhlükəsizlik tədbirləri gücləndirilib. Qurumun baş katibi Pan Gi Mun isə terror aktını pisləyən bəyanantla çıxış edib.BMT Baş katibinin mətbuat xidmətinin yaydığı açıqlamada bu halın dəfələrlə təkrarlandığını qeyd edən Pan Gi Mun Pakistan hökumətini cinayətkarların tapılmasında qətiyyət nümayiş etdirməyə çağırıb. Xatırladaq ki, bu son ayda Peşavarda həyatat keçirilən yeddinci basqındır və bəzi mülahizələrə görə Taleban son vaxtlar onun üzərinə mütəşəkkil hücum əməliyyatı keçirən hökumətdən bu yolla qisas alır. www.itv.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar