SON XƏBƏRLƏR

Türk dünyasının tədqiqatçıları Qırğızıstana toplaşır

2021.10.20, 07:36
Türk dünyasının tədqiqatçıları Qırğızıstana toplaşır

Gunaz.tv
Tədbirdə Azərbaycanı Əhməd Şahidov təmsil edəcək Bu gün Qırğızıstanın Cəlilabad şəhərində “Qloballaşma və Türk dünyası” adlı VII Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı işinə başlayıb. Konfransda dünyanın bir çox yerlərindən 50-ə yaxın alim və tədqiqatçı iştirak edir. Qloballaşan dünyada türklərin rolu konfransın əsas mövzusu olacaq. Konfransda Türkiyədən, Şimali Kiprdən, MDB ölkələrindən gənc alimlər də iştirak edəcək. Azərbaycanı bu konfransda gənc tədqiqatçı Əhməd Şahidov təmsil edir. Ə.Şahidov konfransda “Türkiyənin terrorla mübarizə metodları” adlı məruzə ilə çıxış edəcək. Üç gün davam edəcək elmi konfransın əsas məqsədi bütün türk dövlətlərinin eyni maraqdan çıxış etməsi, qlobal böhranlara qarşı eyni cəbhədən mübarizə aparmasıdır. Konfrans barədə məlumat aldığımız Ə.Şahidovun sözlərinə görə, bu ilin mart ayında Istanbulda keçirilən beynəlxalq konfransdakı uğurlu çıxışından sonra ikinci dəfə Qırğızıstandakı konfransa dəvət alıb. “Cəlilabad şəhərində keçirilən bu konfransda Türkiyənin terrorla mübarizəsi barədə məruzə edəcəm. Bu mövzunu seçməyimin səbəbi odur ki, Türkiyə terrora daha çox məruz qalan bir türk dövlətidir. Lakin buna baxmayaraq, Türkiyə dövlətini, Atatürkün qurduğu dövlətçilik ənənələrini dağıtmaq mümkün olmayıb. Türkiyə yenə güclü ordusu, məşhur turizm infrastrukturu ilə dünyada birincidir. Bu səbəbdən Türkiyənin terrorla mübarizə metodlarını araşdırmaq qərarına gəldim və çox maraqlı məqamlarla qarşılaşdım”. Ə.Şahidov deyir ki, Türkiyə terrorla mübarizəni təkcə dağlarda hərbi əməliyyatlar keçirməklə deyil, eyni zamanda məktəblərdə, universitetlərdə müxtəlif tədbirlər keçirməklə, insanları maarifləndirməklə aparır. Bu bəladan Türkiyənin uğurları xeyli təqdirəlayiqdir. Bunun nəticəsidir ki, dağlarda illərdir Türk dövlətinə qarşı vuruşan PKK-çı gənclər müəyyən müddətdən sonra könüllü surətdə silahı yerə qoyur və Türk əsgərinə təslim olurlar. Onların bu əməlini anlayışla qarşılayan Türk hüquq sistemi həmin insanların reabilitasiyası üçün ciddi tədbirlər həyata keçirir və bu cür insanların yenidən cəmiyyətə faydalı olması üçün onlara yardım edir. Ə.Şahidov bildirir ki, ixtisası dilçiliklə bağlı olsa da, filologiya elmləri namizədiliyinin müdafiəsinə hazırlaşsa da, son zamanlar dünyada intensivləşən terror aktları, Azərbaycanın da üzləşdiyi bu problem onu narahat edir. Buna görə də gələcəkdə doktorluq dissertasiyasını Türk dövlətlərində təhlükəsizlik probleminə həsr etmək niyyətindədir. Informasiya şöbəsi *** TÜRK ALİMLƏRİ QIRĞIZISTANDA NİYƏ TOPLAŞIR? Azərbaycandan bu görüşdə iştirak edən gənc tədqiqatçı Əhməd Şahidov Türkiyənin terrorla mübarizə metodlarından danışacaq Bildiyiniz kimi bugün Qırğızıstanın Cəlilabad şəhərində “Qloballaşma və türk dünyası” adlı VII Beynəlxalq Türk Dünyası Sosial Elmlər Konfransı öz işinə başlayıb. Konfransda dünyanın dörd bir yerindən 50-ə yaxın alim və tədqiqatçı iştirak edir. Qloballaşan dünyada türklərin rolu konfransın əsas mövzusu olacaq. Konfransda Türkiyədən, Şimali Kiprdən, MDB ölkələrindən gənc alimlər iştirak edəcək. Azərbaycanı bu konfransda gənc və istedadlı tədqiqatçı Əhməd Şahidov təmsil edəcək. Son zamanlar qələmə aldığı silsilə yazılarıyla dünyadakı terror probleminə və bu qlobal bəladan qurtulma metodlarına diqqət çəkən Ə.Şahidov bu beynəlxalq konfransda “Türkiyənin terrorla mübarizə metodları” adlı məruzə ilə çıxış edəcək. Üç gün davam edəcək bu elmi konfransın əsas məqsədi bütün türk dövlətlərinin eyni maraqdan çıxış etməsi, qlobal böhranlara qarşı eyni cəbhədən mübarizə aparmasıdır. Konfrans barədə daha ətraflı məlumat əldə etmək üçün gənc tədqiqatçı Əhməd Şahidovun özü ilə əlaqə saxladıq. Ə.Şahidovun sözlərinə görə, bu ilin mart ayında İstanbulda keçirilən beynəlxalq konfransdakı uğurlu çıxışından sonra ikinci dəfə Qırğızıstandakı konfransa dəvət alıb. “Cəlilabad şəhərində keçiriləcək bu konfransda Türkiyənin terrorla mübarizəsi barədə geniş mübarizə ilə çıxış edəcəm. Bu mövzunu seçməyimin səbəbi odur ki, Türkiyə terrora daha çox məruz qalan bir türk dövlətidir. Lakin buna baxmayaraq, Türkiyə dövlətini, Atatürkün qurduğu dövlətçilik ənənələrini dağıtmaq mümkün olmamışdır. Türkiyə yenə güclü ordusu, məşhur turizm infrastrukturu ilə dünyada birincidir. Bu səbəbdən Türkiyənin terrorla mübarizə metodlarını araşdırmaq qərarına gəldim və çox maraqlı məqamları ortaya çıxarmış oldum” deyə Əhməd Şahidov bildirdi. Ə.Şahidovun sözlərinə görə, Türkiyə terrorla mübarizəni təkcə dağlarda hərbi əməliyyatlar keçirməklə deyil, eyni zamanda məktəblərdə, universitetlərdə müxtəlif tədbirlər keçirməklə, insanların şüurunu maarifləndirməklə bu bəladan köklü şəkildə qurtulmaq istəyir. Bu bəladan tam qurtula bilməsə də, Türkiyənin bu sahədəki uğurları xeyli təqdirəlayiqdir. Belə ki, bunun nəticəsidir ki, dağlarda illərdir Türk dövlətinə qarşı vuruşan PKK-çı gənclər müəyyən müddətdən sonra könüllü surətdə silahı yerə qoyur və Türk əsgərinə təslim olurlar. Onların bu əməlini anlayışla qarşılayan Türk hüquq sistemi həmin insanların reabilitasiyası üçün ciddi tədbirlər həyata keçirir və bucür insanların yenidən cəmiyyətə faydalı olması üçün onlara yardım edir. Gənc tədqiqatçı Əhməd Şahidovun elmi fəaliyətinin dilçiliklə bağlı olduğunu bilib, ona nədən terrorla bağlı tədqiqatlar apardığını, dünya dövlətlərinin terrorla mübarizə metodlarını araşdırdığını soruşduq. “Bəli, mənim təhsilim dilçiliklə bağlıdır, yaxın günlərdə filologiya elmləri namizədi elmi dərəcəsini almaq üçün müdafiəyə çıxacam. Mövzum da rus və Azərbaycan dillərində heca quruluşu ilə bağlıdır. Lakin bir azərbaycanlı kimi son zamanlar dünyada intensivləşən terror aktları, Azərbaycanın da üzləşdiyi bu problem məni də narahat edir. Bu səbəbdən gənc alim kimi gələcəkdə doktorluq dissertasiyamı Türk dövlətlərində təhlükəsizlik probleminə həsr edəcəm. Doktorluq işimdə çalışacam ki, bütün türk dövlətlərində, o cümlədən Azərbaycanda terrorla mübarizə metodlarını araşdırım, daha səmərəli və intensiv mübarizə metodlarını ortaya qoyum, müqayisəli analiz aparım. Bununla da ölkəmizə - Azərbaycanımıza fayda verə biləcək yeni elmi əsaslar sistemi yaradım” – deyən Ə.Şahidov müxbirimizə bildirdi. Əslində bütün dünyada gedən proseslər bir daha göstərir ki, bəşəriyyət “Terror” adlanan bir bəla ilə üz-üzədir. Buna görə də peşəsindən asılı olmayaraq, bütün insanların tək amalı dünyanı saflaşdırmaq, daha təhlükəsiz etmək, gələcək nəsillərə təhlükəsiz bir cəmiyyət ərmağan etməkdir. Alimlərimizin də bu prosesdə aktiv iştirak etmələri şərtdir. Hal-hazırda Azərbaycan ilk növbədə erməni terrorundan əziyyət çəkir, 20 % torpaqlarımız işğal altındadır, lakin hələ də öz haqq səsimizi dünyaya çatdıra bilmirik. Gənc alimlərimizin bu sahəyə də diqqət yetirmələri, elmi fəaliyyətlərini daha çox bu sahəyə yönəltmələri arzuolunandır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar