SON XƏBƏRLƏR

Enn Dörsi: "Azərbaycanın mənim qəlbimdə həmişə xüsusi yeri olacaq" (EKSKLÜZİV)

2021.10.20, 07:36
Enn Dörsi: "Azərbaycanın mənim qəlbimdə həmişə xüsusi yeri olacaq" (EKSKLÜZİV)

Gunaz.tv
Azərbaycanda fəaliyyət müddəti başa çatan Amerika Birləşmiş Ştatlarının səfiri Enn Dersi ANS-in suallarını cavablandırıb - ABŞ prezidenti Obama Misirdəki çıxışında andiçmə mərasimində kimi amerikalıların İslamın düşməni olmadığı mesajını yaydı. Siz necə düşünürsünüz, prezident Obama o mesajını çatdıra bildimi? - Bəli, siz haqlısınız. Prezident Obama hakimiyyətə bütün dünya müsəlmanları ilə yeni başlanğıcın əsasını qoymaq barədə qəti fikirlə gəlib və o, həqiqətən də, öz andiçmə mərasimindəki nitqində bunu qeyd etmişdi. Bundan sonra o, Əl-Ərəbiyyə telekanalına özünün ilk televiziya müsahibəsini verdi. O, İran xalqına və rəhbərlərinə Novruz bəyanatını təqdim etdi və sonra o, Türkiyə səfərində, orada Parlamentdə çıxışı zamanı düşüncələrini açıqladı. Nəhayət dünənki çıxışı müsəlman dünyası xalqları ilə yeni başlanğıcın əsasını qoymaq məqsədilə bu niyyəti irəli aparmış oldu. Vurğulamaq istəyirəm ki, prezident Obama bu çıxışını özünün xarici siyasətə daha geniş yanaşması kontekstində edib ki, bu xarici siyasət də bizim bütün beynəlxalq tərəfdaşlarımızla birgə qarşılıqlı hörmət və qarşılıqlı maraqlara əsaslanan əhval-ruhiyyə şəraitində qarşılıqlı iş birliyi, dinləmə və birgə fəaliyyətə əsaslanır. ABŞ-ın bütün dünyadakı müsəlman cəmiyyətləri ilə əlaqələrinə gəldikdə isə, prezident Obama həqiqətən də, bizim əvvəllər də dəfələrlə bildirdiyimiz kimi, bir daha bəyan etdi ki, Birləşmiş Ştatlar İslamla müharibə aparmır, Birləşmiş Ştatlar və İslam düşmən deyillər. Biz XXI əsrin problemlərini qarşılamaqda tərəfdaş kimi birgə çalışmaq istəyirik. O, öz nitqində son illər Birləşmiş Ştatlar ilə müsəlman ölkələri arasında gərginliklərin yaşandığı bir sıra sahələrə toxunub. Lakin bir faktı da vurğulayıb ki, bizim ortaq maraqlarımız olan sahələrdə birgə işləməyimizə və aramızdakı fərqlərin bizi parçalamasına imkan verməməyə ehtiyacımız var. Həmin kontekstdə o, bizim münasibətlərimizdə çox mühüm olan bir sıra mövzulara çox açıq və aydın şəkildə toxunub. O, aydın şəkildə bildirib ki, biz İslamın dünyanın möhtəşəm dinlərindən biri olduğunu başa düşürük. O, bir çox əsrlər boyu dünya sivilizasiyasına çox böyük töhvələr verib; bu, sülhü təbliğ etmə prosesinin bir hissəsidir və bundan sui-istifadə etmiş zorakı ekstremistlər İslamı və ya müsəlmanları təmsil etmirlər. O, Əfqanıstanda və İraqdakı müharibələrlə bağlı öz qəti inancını ifadə etdi ki, bu müharibələr yəqin ki, yanlış olan təsəvvürlərə aparıb çıxarıb. Biz düşünürük ki, həm Birləşmiş Ştatların dünyadakı müsəlman cəmiyyətlərini düzgün başa düşməsi, həm də onların bizi düzgün anlaması çox vacibdir. Və əgər biz qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında bir-birimizlə çalışsaq, bir-birimizi dinləsək və əlaqə qursaq, biz 21-ci əsrin problemlərinin həll edilməsində tərəqqiyə nail ola bilərik. - Amerika Birləşmiş Ştatlarının prezidenti etiraf etdi ki, ABŞ-ın bütün müsəlman dünyası ilə münasibətlərini bir gecədə dəyişmək mümkün deyil. Buna baxmayaraq, yeni administrasiya müsəlman dünyası ilə yeni səviyyədə münasibətlər qurmaq arzusunda olduğunu ifadə edib. Nəticələr uğurlu olacaqmı? - Mən inanıram ki, prezident Obama daha güclü münasibətlər qurmaq üçün bəzi çox müsbət istiqamətlər ortaya qoydu. O, dünyadakı bütün insanların – Amerika insanlarının, müsəlman ölkələrində yaşayan insanların, hər bir ölkədə yaşayan insanların ortaq məqsədləri olduğuna diqqət çəkdi. Biz sülh və təhlükəsizlik şəraitində yaşamaq, öz övladlarımızın maarifləndirilməsini, azadlıqlardan istifadə etmək, təhsil və sağlamlıqdan istifadə etmək istəyirik. Və bəli, bu doğrudur. Münasibəti bir çıxışla dəyişə bilməzsiniz. Amma prezident Obama bəzi xüsusi proqramlar təklif etdi ki, biz müsəlman cəmiyyətlərindəki tərəfdaşlarımızla birgə çalışaraq gələcəkdə bunlardan faydalanmaq ümidindəyik və bu da münasibətlərimizi gücləndirəcək. O, bizim həm amerikalıların müsəlman ölkələrinə getməsini, həm də müsəlman tələbələrin və professorların Birləşmiş Ştatlara gəlməsini təmin edən təhsil mübadilələrimizi əhəmiyyətli dərəcədə genişləndirmək niyyətimizi elan etdi. Deməli, biz təhsil mübadiləsini dramatik şəkildə genişləndirəcəyik. Biz tələbələri Birləşmiş Ştatlara gətirmək və buradan tələbələri xaricə göndərmək üçün təqaüd proqramlarımızı genişləndirməyi nəzərdə tuturuq. Biz bütün dünyadakı insanları virtual universitetdə birləşdirəcək elektron təhsil üçün şəbəkə yaratmaq niyyətindəyik. Prezident Obama daha geniş iqtisadi inkişafa nail olmaq üçün birgə çalışmaq istəyir. Dünyanın ən yaxşı biznes məktəblərinin bir neçəsi Birləşmiş Ştatlarda yerləşir. Bizim geniş biznes təcrübəmiz, məsləhətçilərimiz və iş adamlarımız var və biz iqtisadi inkişafa təkan verməyə kömək etmək üçün öz təcrübəsi və biliyi ilə yardım edəcək könüllülərdən ibarət biznes ordusu yaratmağı nəzərdə tuturuq. Obama həmçinin bəyan etdi ki, biz bu il ərzində sahibkarlar üçün sammit təşkil edəcəyik və burada daha böyük iqtisadi inkişafa və yeniliklərə nail olmaq məqsədilə müsəlman cəmiyyətlərindən və Birləşmiş Ştatlardan olan xeyriyyəçiləri, iş adamlarını, ictimai sahibkarları bir yerə toplayacağıq. Biz başlıca qlobal sağlamlıq problemlərini həll etmək üçün səylərimizi birləşdirmək istəyirik; misal üçün, poliomelit çox vaxt müsəlman icmalarında rast gəlinən xəstəliklərdən biridir. Biz poliomelitin kökünü kəsmək məqsədilə birgə fəaliyyət göstərmək üçün İslam Konfransı Təşkilatı ilə yeni böyük bir təşəbbüs elan etmişik. Biz gələcəkdə insanların həyatında köklü dəyişikliklərə gətirib çıxara biləcək elm və texnologiya məsələləri üzərində işləmək üçün səylərimizi birləşdirmək istəyirik. Buna görə də biz elm və texnologiya sahəsində ticari potensialı olacaq inkişafı və yenilikləri təşviq etmək məqsədilə yeni elmi fond yaratmışıq. Biz Birləşmiş Ştatların və müsəlman dünyasının müxtəlif yerlərində qabaqcıl elmi mərkəzlər yaradacağıq. Biz həmçinin elm və texnologiya sahəsində yeni istiqamətlərin, yeni yanaşmaların inkişaf etdirilməsinə yardım etmək məqsədilə müsəlman cəmiyyətlərindəki əməkdaşları ilə birgə işləmək üçün Birləşmiş Ştatların bir sıra ən tanınmış elm xadimlərini bir araya gətirəcək Elmi Elçilər vasitəsi ilə birgə iş quracağıq. Bunlar 21-ci əsrdə bizim bütün insanlarımızın qarşılaşacağı məsələlər sahəsində həqiqi əməkdaşlıq qurmaq məqsədilə bizim həyata keçirmək niyyətində olduğumuz konkret proqramların və istiqamətlərin bəziləridir. -Obama öz nitqində həmçinin Birləşmiş Ştatlar-İran münasibətlərində Vaşinqtonun irəliyə doğru addım atacağı barədə qeyd etdi. Sizcə bu addım İrandakı prezident seçkisinə təsir edə bilərmi? - Mənim fikrimcə İrandakı prezident seçkisinə yalnız İran xalqı təsir edə bilər. Lakin insanların bizim İranla bağlı siyasətimizin inkişaf etməsini anlamaları vacibdir. Bizim İranla münasibətlərimizdə uzun illər gərginlik mövcud olub. Amma burada da prezident Obama Birləşmiş Ştatların qarşılıqlı hörmət və qarşılıqlı maraqlar əsasında və heç bir ilkin şərtlər olmadan yeni münasibətlərin qurulmasında niyyətini və marağını bəyan edib. Eyni zamanda o, İranın nüvə silahı hazırlamasının regionun stabilliyi üçün hərtərəfli baxımdan pozucu olacağına inandığını aydın şəkildə ifadə edib. Bu, regionda hər bir kəs üçün, Birləşmiş Ştatlar üçün və dünya üçün böyük nəticələri ola bilən silahlanma yarışı ilə nəticələnə bilər. ABŞ prezidenti heç bir dövlətin, nüvə silahına malik olmayacağı və bütün dövlətlərin Nüvə Silahının Yayılmaması üzrə Saziş çərçivəsində öz üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq nüvə enerjisindən dinc məqsədlərlə istifadə edə biləcəyi bir dünyaya nail olmaq uğrunda çalışacağını bildirib. Nüvə Silahının Yayılmaması haqqındakı Sazişə əsasən dövlətlərin mülki nüvə enerjisindən istifadə etmək hüquqları var, lakin onların məsuliyyətləri də mövcuddur. Bizim fikrimizcə, digər bütün dövlətlər kimi, İranın da Nüvə Silahının Yayılmaması haqqındakı Sazişə əsasən, əgər öz öhdəliklərini qoruyub saxlayarsa, nüvə enerjisindən dinc məqsədlər üçün faydalanmağa haqqı vardır. - Səfir, bizim bildiyimiz kimi, İranlı diplomatların Səfirliyin tədbirlərinə dəvət olunması barədə Ağ evin yeni tövsiyyələri var. Bu məlumat nə dərəcədə doğrudur? - Doğrudur ki, Obama administrasiyasının İranla əlaqələr barədə siyasətinin tərkib hissəsi olaraq, bizim iranlı nümayəndələri rəsmi təmsilçilik tədbirlərinə dəvət edə biləcəyimiz barədə siyasətimiz var. - Birləşmiş Ştatların Azərbaycandakı səfirliyi iranlı diplomatları Müstəqillik Gününün qeyd edilməsi tədbirlərinə dəvət edəcək? -Bizim siyasətimizə uyğun olaraq mən öz həmkarımı bizim Müstəqillik Gününün qeyd edilməsi tədbirlərinə dəvət edəcəyəm. - Xanım səfir, ABŞ eyni zamanda Fələstin-İsrail münaqişəsində vasitəçi rolunu oynayır. Buş administrasiyasının bu sahədəki fəaliyyəti Annapolis prosesi kimi məlumdur. Bəs yeni administrasiya bu münaqişəni həll etmək üçün nə etməyi planlaşdırır? - Bu, çox mühüm sualdır. Bu suala görə təşəkkür edirəm. Mən xüsusilə qeyd etməliyəm ki, bu çıxış bizim bu vacib məsələ barədə nə etməli olduğumuza bizim ətraflı yanaşmamızı ortaya qoymaq üçün mexanizm deyil. Lakin bu çıxış çox mühüm siyasət istiqamətlərini ortaya qoydu ki, biz də bunların irəliyə doğru inkişafının şahidi olacağımızı gözləyirik. Prezident Obama İsrail, Fələstin və Ərəb Dünyası arasındakı bu problemlərə son qoymağın həllini tapmaq üçün mümkün qədər var gücü ilə çalışmağa qərarlıdır. Uzun müddət legitim haqları olan hər iki xalq qaçqınlıq və zorakılıq baxımından əziyyət çəkib, halbuki onların sülh və təhlükəsizlik şəraitində yaşamağa və bizim də haqqında əvvəl danışdığımız, bütün xalqların haqqı olan hüquqlardan istifadə etmək hüququ olmalıdır. Prezident Obama inanır ki, İsrail dövlətinin və Fələstin dövlətinin mövcud olma haqqı var. O, hər iki tərəfi Yol Xəritəsi çərçivəsində onların götürdüyü öhdəliklərə sadiq qalmağa və bu problemi həll etmək üçün yol tapılması məqsədilə birgə gərgin çalışmağa çağırıb. O, bildirib ki, işğal olunmuş ərazilərdə aparılan daimi məskunlaşma işləri öhdəliklərə uyğun deyil. O, bəyan etdi ki, Qəzzada davam edən humanitar böhran İsrailin təhlükəsizliyinə və ya sülhə, yaxud da Amerikanın maraqlarına xidmət etmir. Barak Obama Fələstin xalqını zorakılığa təhrik etməyə son qoymağa çağırıb. Zorakılıq hər şeyin sonu deyil. Bu, onların arzu etdikləri nəticələrin əldə edilməsi üçün vasitə deyil. - İndi regionda sabitliyi pozan Dağlıq Qarabağ münaqişəsi də var. Praqa görüşündə biz bu münaqişənin sülh yolu ilə həll edilməsinin qarşısını alan bəzi qüvvələrin mövcudluğunun şahidi olduq. Bu danışıqlar zamanı Birləşmiş Ştatlar hansı problemlərlə qarşılaşır? - Birləşmiş Ştatlar Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi sahəsində sadiq tərəfdaş olub və sadiq tərəfdaş olaraq qalacaq. Burada da prezident Obama həll yolunun tapılması üçün özünün şəxsi səylərini nümayiş etdirib. Bildiyiniz kimi, prezident Obama prezident Əliyevlə söhbət edib və həll yolunun tapılmasında tezliklə tərəqqiyə nail olunması üçün çalışmağa sadiq olduğumuzu vurğulayıb. Deməli, bunlar mənim hökumətimin Dağlıq Qarabağ münaqişəsinin həlli yolunun tapılması sahəsində ən yüksək səviyyədə marağın olmasını nümayiş etdirən vacib məqamlardır. Biz həmin həll yolunun tapılması üçün Minsk Qrupundakı əməkdaşlarımızla və tərəflərlə tərəfdaş kimi işləməkdə davam edəcəyik. Deməli, çıxış başlanğıc idi. Prezident Obamanın çıxışı onun andiçmə mərasimindəki nitqində elan etdiyi siyasətinin bağlanğıcı, davamı idi və mən düşünürəm ki, qarşıdan gələn həftələrdə və aylarda siz bu çətinliklərin həll edilməsi, gərginliklərin aradan qaldırılması istiqamətində xeyli tərəqqi müşahidə edəcəksiniz. Qeyd edək ki, Enn Dörsinin Azərbaycanda səfir kimi fəaliyyəti bu yay başa çatır. Səfir ANS -in bu barədə də sualını cavabsız qoymayıb. -Prezident Obama məni ABŞ-ın Litvadakı Səfiri təyin etmək niyyətində olduğunu bildirib. Mən bu yeni maraqlı təyinatdan çox məmnunam və çox böyük şərəf hesab edirəm ki, prezident Obama məni təyin etmək barədə niyyətini bəyan edib. Amma bu hələ prosesdəki ilk addımdır. Bizim sistemdə niyyət bəyan edildikdən sonra prezident əsl təyinat barədə təklifi ABŞ Senatına göndərir və bundan sonra ABŞ Senatı dinləmə keçirir. Onlar məni həmin yeni vəzifəyə təsdiq edib etməyə bilərlər. Mən həmin prosesin bu yay başlamasını gözləyirəm, lakin mən dəqiq vaxtı bilmirəm və mənə ölkədən gedəcəyim vaxt da bəlli deyil. Azərbaycan mənim səfir təyin edildiyim ilk ölkədir və buna görə də mənim qəlbimdə həmişə xüsusi yeri olacaq. Burada olduğum müddətdə mən Azərbaycanın tarixi, onun gözəl mədəniyyəti, onun gözəl insanları və onun qarşılaşdığı problemlər barədə həqiqətən də geniş məlumat almaq şərəfinə nail olmuşam. Və mən bu ölkəyə, onun xalqına sonsuz hörmət və bu regionda lider kimi onun çox parlaq gələcəyi barədə sonsuz nikbinlik hissləri ilə gedəcəyəm. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar