SON XƏBƏRLƏR

Qarabağ nizamlanmasında heç bir irəliləyiş əldə olunmasa, Azərbaycan öz mövqeyini dəyişə bilər

2021.10.20, 07:36
Qarabağ nizamlanmasında heç bir irəliləyiş əldə olunmasa, Azərbaycan öz mövqeyini dəyişə bilər

Gunaz.tv
Bununla belə Novruz Məmmədov hələlik danışıqların davam etdirilməsini məqbul sayır «Nə Praqa, nə də Sankt-Peterburq görüşlərində gözlənilən nəticə və həmsədrlərin vəd etdiyi irəliləyiş olmayıb». Bunu Prezident Administrasiyası beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ANS-ə bildirib. Onun sözlərinə görə, həmsədrlərin münaqişənin nizamlanmasını nəzərdə tutan baza prinsiplərinin hazır olduğu və bu yaxınlarda sənəd imzalanacağı barədə bəyanatlar vermələrinə baxmayaraq, bu günə qədər münaqişənin həllinə dair heç bir irəliləyiş yoxdur: «Əgər danışıqlar belə davam etsə və heç bir irəliləyiş əldə olunmasa, Azərbaycan öz mövqeyini dəyişə bilər. Lakin hələlik danışıqlar davam etdirilməlidir». Novruz Məmmədov Azərbaycan və Ermənistan prezidentlərinin iyul ayında yenidən görüşəcəklərini də istisna etməyib. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar