SON XƏBƏRLƏR

HƏBSDƏ SAXLANAN TƏBRİZLİ YAZIÇIYA PSİXİ VƏ FİZİKİ İŞGƏNCƏLƏR VERİLDİYİ BİLDİRİLİR

2021.10.20, 07:36
HƏBSDƏ SAXLANAN TƏBRİZLİ YAZIÇIYA PSİXİ VƏ FİZİKİ İŞGƏNCƏLƏR VERİLDİYİ BİLDİRİLİR

Gunaz.tv
Nağı Əhmədi Azər Azərbaycan dili və ədəbiyyatı uğrunda apardığı dinc mübarizəyə görə iki aydan çoxdur Təbriz ETTELAAT idarəsinin həbsxanasında saxlanan yazıçı Nağı Əhmədi Azərin zindanda ağır psixoloji və fiziki işgəncələrə məruz qaldığı barədə xəbər yayılıb. “Media forum” saytının məlumatına görə, Əhmədi Azərlə görüşündən sonra açıqlama verən həyat yoldaşı Firuzə Hemmətcu yazıçının xeyli arıqladığını, istintaq zamanı müxtəlif psixoloji və fiziki işgəncələrə məruz qaldığını bildirib. Məlumatda deyilir ki, məhbusun işi ilə məşğul olan hakim ailə üzvləri ilə görüşdə yazıçının zindanda yola gəlməkdə olduğunu bildirib: “Əhmədi Azər artıq yola gəlməkdədir - islam dininə inamı günü-gündən artır!” Məhbusun ailəsi Əhmədi Azərə qarşı konkret hər hansı rəsmi ittihamın irəli sürülmədiyini bildiriblər. İran Yazıçılar birliyinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü olan Əhmədi Azər Azərbaycan dili və ədəbiyyatına dair bir neçə əsərin müəllifi və tərcüməçisidir. Onun təşəbbüsü ilə “Türk dili və Azərbaycan ədəbiyyatı”, “Məşrutə olayları”, “Sultan Məhəmməd və Təbriz miniatür məktəbi”, “Hamısı qocalıqdandır”, “Saxlama izimi, dünya”, “Aşıq Şəmşirin divanı” və “Əlağa Vahid divanı” əsərləri işıq üzü görüb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar