SON XƏBƏRLƏR

TEHRAN POLİSİNİN RƏSMİSİ PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN TƏRƏFDARLARINA XƏBƏRDARLIQ EDİB

2021.10.20, 07:36
TEHRAN POLİSİNİN RƏSMİSİ PREZİDENTLİYƏ NAMİZƏDLƏRİN TƏRƏFDARLARINA XƏBƏRDARLIQ EDİB

Gunaz.tv
Möhsün Beygi Tehran polisinin rəsmisi, polkovnik Möhsün Beygi iyulun 8-də jurnalistlərə açıqlamasında deyib ki, İran prezidentliyinə namizədlərin tərəfdarlarının paytaxtda hər hansı qarşıdurma yaratmaq cəhdinə imkan verilməyəcək. M.Beygi bildirib ki, asayişi pozmağa cəhd göstərənlərə qarşı ciddi tədbirlər görüləcək. O, namizədlərin tərəfdarlarının Tehran küçələrində toplaşması ilə bağlı indiyə qədər ciddi problemə rast gəlinmədiyini vurğulasa da, İranda, xüsusilə paytaxtda gərginlik hökm sürür. Vətəndaşlar, demək olar, hər gecə paytaxtın müxtəlif yerlərində toplaşıb dəstəklədikləri namizədin lehinə şüarlar səsləndirirlər. Namizədlərin tərəfdarları arasında müəyyən toqquşmalar da baş verib. Polisin aksiyalara müdaxiləsi də qarşıdurmalarla müşayiət olunur. İyunun 6-da İran Dövlət Televiziyasında ölkə prezidentliyi uğrunda mübarizə aparan indiki prezident Mahmud Əhmədinejadla Milli Etimad Partiyasının rəhbəri Mehdi Kərrubi arasında keçirilən teledebatın başa çatmasından sonra paytaxtın bir neçə yerində hər iki namizədin tərəfdarları arasında qarşıdurma yaranıb, bir neçə avtomobil yandırılıb. İranda prezident seçkisi iyunun 12-də keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar