SON XƏBƏRLƏR

Ermənistanlı nazir ölkəsinin Türkiyə ilə əlaqələrinin fərqli müstəviyə keçdiyini bildirib

2021.10.20, 07:36
Ermənistanlı nazir ölkəsinin Türkiyə ilə əlaqələrinin fərqli müstəviyə keçdiyini bildirib

Gunaz.tv
Edvard Nalbandyan: «Top bu gün Türkiyənin əlindədir» Gürcüstanda rəsmi səfərdə olan Ermənistan xarici işlər naziri Edvard Nalbandyan Türkiyə ilə Ermənistan arasındakı əlaqələrin artıq fərqli bir müstəviyə keçdiyini bildirib. ANS PRESS-in «CNNTürk»ə istinadən verdiyi xəbərə görə, Nalbandyan Türkiyə ilə Ermənistan arasındakı əlaqələrlə bağlı mövcud vəziyyəti qiymətləndirərək qeyd edib ki, Ermənistan və Azərbaycan prezidentlərinin Sankt-Peterburqdakı görüşünün bu əlaqələrə aidiyyatı yoxdur. Ermənistan və Türkiyə arasındakı münasibətlərin hər hansı ilkin şərtə bağlı olmadığını deyən Nalbandyan ölkəsinin Ankara ilə əlaqələrində irəliləyişə ümid bəslədiyini bildirib. Diplomat həmçinin qeyd edib ki, Ermənistan regional və təhlükəsizlik problemlərinin həll ediləcəyinə inanır. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar