SON XƏBƏRLƏR

SEPAH bölgə ölkələrini təhdid etdi

2025.06.19, 18:26
SEPAH bölgə ölkələrini təhdid etdi

İran İnqilab Keçikçiləri Korpusu ABŞ-nin hərbi bazalarının olduğu 10 bölgə ölkəsini təhdid edilib.

Gunaz.tv

Bu haqda SEPAH-a bağlı sosial media kanallarında məlumat və fotolar yayılıb.

Yayılan xəritədə Türkiyə, Oman, İraq, BƏƏ, İordaniya, Küveyt, Suriya, Bəhreyn, Qətər və Səudiyyə Ərəbistanının adları qeyd olunub.

ABŞ-nin İrana hərbi müdaxilə edəcəyi təqdirdə həmin ölkələrdəki bazalrın hədəf alınacağı biıdirilib.

Bununla eyni vaxtda, İran parlamentinin Rəyasət Heyətinin üzvü Əhməd Nadiri də eyni məzmunlu paylaşım edib: 

"İran üçün ABŞ-nin bölgədəki bazalarının vurulması İsraillə müharibədən daha asandır".

O, "İrana təzyiqlərin daha çox artacağı təqdirdə Hörmüz boğazını bağlayacaqları, gəmilər və neft tankerlərinin keçişinə icazə verməyəcəklərini" bildirib.

GünazTV

Açar Sözlər :

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar