SON XƏBƏRLƏR

Rubio: Kamboca və Tailand arasında atəşkəs üzrə danışıqlar tezliklə başlayacaq

2025.07.28, 09:58
Rubio: Kamboca və Tailand arasında atəşkəs üzrə danışıqlar tezliklə başlayacaq

Amerika dövlət katibi Marko Rubio bildirib ki, Malayziyada Kamboca və Tailand arasında atəşkəs üzrə yüksək səviyyəli danışıqlar tezliklə başlayacaq.

Gunaz.tv

Günaz TV Report-a istinadən xəbər verir ki, o, bu barədə X sosial şəbəkəsində yazıb.

"Kamboca və Tailand dərhal atəşkəsə nail olmaq ümidi ilə tezliklə Malayziyada yüksək səviyyəli danışıqlara başlayacaqlar", - məlumatda deyilir.

Rubionun sözlərinə görə, Amerika Dövlət Departamentinin əməkdaşları artıq danışıqlara kömək etmək üçün Malayziyadadırlar.

 

C

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar