SON XƏBƏRLƏR

Tayland polisi iranlı dələduzu həbs edib

2025.10.11, 12:33
Tayland polisi iranlı dələduzu həbs edib

Taylandin Pataya şəhərində sənədləri saxtalaşdıraraq özünü polis kimi qələmə verən 43 yaşlı iranlı saxlanılıb.

Gunaz.tv

Bu haqda Tayland polisi məlumat yayıb.

Məlumata görə, Nurəddin Mürtəza İmani adlı iranlı, özünü polis əməkdaşı kimi qələmə verərək iki hindistanlının hər birindən 300 dollar pul alıb.

"Müşahidə kameralarının görüntülərində onun valyutadəyişmə məntəqəsində pulu dəyişdirdiyi, sonra isə taksi ilə yaşadığı ünvana qayıtdığı əks olunub",- məlumatda bildirilib.

Polis iranlı dələduzun viza müddətinin üstündən 1 ay keçdiyini və onun Taylandda qanunsuz yaşadığını deyib.

GünazTV

Açar Sözlər :

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar