SON XƏBƏRLƏR

Mİ5 İrana görə Britaniya parlamentinə xəbərdarlıq etdi

2025.10.14, 14:00
Mİ5 İrana görə Britaniya parlamentinə xəbərdarlıq etdi

Çin, Rusiya və İrandan olan casuslar ölkənin demokratiyasını sarsıtmaq üçün parlament üzvlərini hədəfə alıblar.

Gunaz.tv

Bu Britaniyanın Təhlükəsizlik Xidməti Mİ5-in xəbərdarlıq bəyanatında bildirilib.

“Xarici hökumətlər Britaniyanın həyati əhəmiyyətli məlumatlarını oğurlmaqla və ya demokratik proseslərimizi manipulyasiya etməklə, nəinki qısa müddətdə təhlükəsizliyimizi təhdid edir, həm də suverenliyimizin əsaslarını pozurlar”,- MI5-in baş direktoru Ken MkKallum deyib. 

MI5 siyasətçiləri və onların işçilərinə xəbərdarlıq edib ki, adı çəkilən ölkələrin casusları onları şantaj, fişinq hücumları, dərin və uzunmüddətli əlaqələr qura və ya qərarlarına təsir etmək, həmçinin məlumat toplamaq üçün onlara maliyyə töhfələri ödəyə bilərlər.

GünazTV

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar