SON XƏBƏRLƏR

NOBEL MÜKAFATÇISI AMERİKALI JURNALİSTİN QANUNSUZ MÜHAKİMƏ OLUNDUĞUNU DEYİR

2021.10.20, 07:36
NOBEL MÜKAFATÇISI AMERİKALI JURNALİSTİN QANUNSUZ MÜHAKİMƏ OLUNDUĞUNU DEYİR

Gunaz.tv
NOBEL MÜKAFATÇISI AMERİKALI JURNALİSTİN QANUNSUZ MÜHAKİMƏ OLUNDUĞUNU DEYİR Şirin İbadi Sülh üzrə Nobel mükafatı laureatı Şirin İbadi jurnalistlərə açıqlamasında casusluqda günahlandırılaraq 8 illik həbsə məhkum edilən müvəkkili, İran əsilli amerikalı jurnalist Roksana Sabirinin məhkəməsinin qanunsuz keçirildiyini deyib. 6 ildir İranda yaşayaraq BBC və Amerika Milli Radiosu kimi beynəlxalq media quruluşlarına xəbər toplamaqla məşğul olan Roksana 3 aya yaxındır həbs edilib.  Şirin İbadi məhkəmənin tam ədalətsiz şəraitdə keçirildiyini vurğulayıb: “Sabirinin məhkəməsi tam qapalı və ədalətsiz keçirilib. Məhkəmə iclasında nəinki vəkillər olmayıb, hətta onun valideynlərini də iclasa buraxmayıblar”. Ş.İbadi jurnalistə qarşı casusluq ittihamının da tam əsassız olduğunu bildirib: “Mən xanım Sabirinin tamamilə günahsız olduğuna inanıram. O, İranla düşmən mövqeyində olan xarici ölkələrlə əlaqə və casusluqda günahlandırılır. Əlaqə dedikdə nəyi nəzərdə tuturlar? O jurnalistdir. Onun hansı gizli və hökumət əhəmiyyətli sənədə əli çata bilərdi ki, casusluq edə bilsin? Gizli sənədlər hökumət rəsmilərində olur, adi bir jurnalistdə yox. Bu ittihamlar reallıqdan uzaqdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar