SON XƏBƏRLƏR

Kürdlərlə bağlı Qırğızıstanda gərginlik yaranıb

2021.10.20, 07:36
Kürdlərlə bağlı Qırğızıstanda gərginlik yaranıb

Gunaz.tv
Kürdlərlə bağlı Qırğızıstanda gərginlik yaranıb Qırğızıstan Qrğızıstan rəsmilərinin sözlərinə görə, etnik kürd, rus və qırğızların qatıldığı toqquşmalar zamanı onlarla adam saxlanılıb. Rəsmi məlumatlara görə, ruslar və qırğızlar etnik kürdlərə hücum ediblər. Hadisə Petrovka kəndində baş verib. Deyildiyi kimi, toqquşmalar milliyyətcə kürd olan kişinin, iddia edildiyinə görə, gənc bir qızı cinsi zəmində təhqir etdiyindən sonra başlayıb. Bazar günü gecə baş vermiş toqquşmalar nəticəsində avtomobillərə od vurulub, evlərə ziyan dəyib. Polisin məlumatına görə, hadisə yerinə əlavə qüvvə göndərildikdən sonra vəziyyət nəzarət altına alınıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar