SON XƏBƏRLƏR

Dünya Səhiyyə Təşkilatı həyəcan dərəcəsini artırdı

2021.10.20, 07:36
Dünya Səhiyyə Təşkilatı həyəcan dərəcəsini artırdı

Gunaz.tv
Dünya Səhiyyə Təşkilatı həyəcan dərəcəsini artırdı Doktor Fukuda Dünya Səhiyyə Təşkilatı mümkün donuz qripi pandemiyasına dair həyəcan dərəcəsini qaldırıb. Bu isə o deməkdir ki, virusun insandan insana asanlıqla keçməsi müşahidə edilib. İndi həyəcan dərəcəsi 6 mümkün dərəcədən dördüncüsündədir. DST-nin baş direktorunun köməkçisi Keiji Fukuda deyib ki, artıq virusun cilovlanması mümkün deyil, indi onun nəticələrini aradan qaldırmaq barədə düşünmək lazımdır. “Hazırkı vəziyyətdə biz səylərimizi virusun yayılmasının qarşısının alınmasına qarşı deyil, onun ləğv olunmasına yönəltməliyik, - deyib cənab Fukuda, - Çünki virus indi geniş yayılıb və onbun cilovlanması səmərəli olmazdı”. Dr Fukuda deyib ki, sərhədlərin bağlanması kimi tədbirlərə ehtiyac yoxdur. Hazırkı vəziyyətdə biz səylərimizi virusun yayılmasının qarşısının alınmasına qarşı deyil, onun ləğv olunmasına yönəltməliyik Keyji Fukuda, DST rəsmisi O deyib ki, DST-nin baş direktor sərhədləri bağlamağı və səfərləri məhdudlaşdırmağı tövsiyə etmir. Lakin yaxşı olardı ki, xəstə adamlar səfərlərini təxirə salsınlar və xaricdən qayıdarkən özünü pis hiss edənlər dərhal həkimə müraciət etsinlər. Şotlandiya hökuməti hazırda Eyrdray şəhərinin xəstəxanasında olan iki nəfərin məhz donuz qripinə tutulduqlarını təsdiqləyib. Rəsmilər bildiriblər ki, Şotlandiya camaatı üçün mümkün risk dərəcəsi hələlik aşağıdır. Beləliklə Britaniya İspaniyadan sonra donuz qripinin qeydə alındığı ikinci Avropa ölkəsi oldu. Şotlandiyanın Səhiyyə naziri Nikola Störcen Şotlandiyanın Eyrdray şəhərində keçirdiyi mətbuat konfransında deyib ki, bu şəhərdə iki nəfərin donuz qripi virusuna yoluxması laboratoriya qaydasında təsdiqlənib. Hər iki şəxs az əvvəl Meksikadan qayıdıblar və özlərini yaxşı hiss eləmədiklərindən həkimə müraciət ediblər. Hakimiyyət orqanları bildiriblər ki, hər iki xəstə hazırda uğurla müalicə olunurlar və onların dostları və qohumları da nəzarət altındadır. Bu arada ictimaiyyəti sakitləşdirmək üçün Britaniya hökuməti elan edib ki, ölkədə Britaniya əhalisinin təxminən yarısının müalicəsi üçün yetərli olacaq qədər anti-virus dərmanları ehtiyatı var.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar