SON XƏBƏRLƏR

NAZİRLİYİN SÖZÇÜSÜ: “XƏZƏRİN İRAN SEKTORUNDA XARİCİ ŞİRKƏTLƏRİN QAZINTI APARMASINA İCAZƏ VERMƏYƏCƏYİK”

2021.10.20, 07:36
NAZİRLİYİN SÖZÇÜSÜ: “XƏZƏRİN İRAN SEKTORUNDA XARİCİ ŞİRKƏTLƏRİN QAZINTI APARMASINA İCAZƏ VERMƏYƏCƏYİK”

Gunaz.tv
NAZİRLİYİN SÖZÇÜSÜ: “XƏZƏRİN İRAN SEKTORUNDA XARİCİ ŞİRKƏTLƏRİN QAZINTI APARMASINA İCAZƏ VERMƏYƏCƏYİK” Həsən Qəşqavi İran Xarici İşlər Nazirliyinin sözçüsü Həsən Qəşqavi aprelin 27-də jurnalistlərlə söhbətində Xəzər dənizinin İran sektorunda xarici şirkətlərin qazıntı aparmasına icazə verməyəcəklərini bildirib. H.Qəşqavi Xəzər dənizinin hüquqi statusu barədə müzakirələrin davam etdiyini vurğulayıb: “Xəzər dənizi ilə bağlı müzakirələrin aparılması işində 1921 və 1940-cı illərin müqavilələri kimi baza prinsipləri var. Amma qapalı dəniz və göllərin vəziyyəti ilə bağlı müəyyən beynəlxalq konvensiyalar olmadığından bu sahədə fəaliyyət Xəzəryanı ölkələrin birgə razılığı ilə aparılmalıdır”. H.Qəşqavi İranın may ayında Xəzər dənizinin özünə məxsus hesab etdiyi hissəsində neft və qazın çıxarılması üçün qazıntılara başlayacağını da vurğulayıb. O, qazıntıların konkret hansı məntəqədə aparılacağını deməyib.mediaforum

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar