SON XƏBƏRLƏR

ETTELAAT TERRORÇU DƏSTƏ ÜZVLƏRİNİN HƏBS EDİLDİYİNİ BİLDİRİB

2021.10.20, 07:36
ETTELAAT TERRORÇU DƏSTƏ ÜZVLƏRİNİN HƏBS EDİLDİYİNİ BİLDİRİB

Gunaz.tv
ETTELAAT TERRORÇU DƏSTƏ ÜZVLƏRİNİN HƏBS EDİLDİYİNİ BİLDİRİB Qulamhüseyn Möhsüni Ejei İranın kəşfiyyat və təhlükəsizlik (ETTELAAT) naziri Qulamhüseyn Möhsüni Ejei jurnalistlərə açıqlamasında paytaxt Tehranın müxtəlif məntəqələrində partlayışlar törətmək niyyətində olan terrorçu dəstə üzvlərinin həbs edildiyini bildirib. Möhsüni Ejei zərərsizləşdirilən dəstə üzvlərinin “sionizm amilləri” olduğunu vurğulayıb: “Bu terrorçu dəstənin əsas hədəfi prezident seçkisi ərəfəsində Tehranın müxtəlif məntəqələrində ardıcıl partlayışlar törətməklə iğtişaş yaratmaq və sabitliyi pozmaq olub. Bizdəki məlumatlara görə, bu əks-inqilabçı dəstənin arxasında sionist rejimi dayanır”. ETTELAAT naziri tutulanların sayı, kimliyi barədə hər hansı bir açıqlama verməyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar