SON XƏBƏRLƏR

Bakıda bina uçub. Ölənlər var

2021.10.20, 07:36
Bakıda bina uçub. Ölənlər var

Gunaz.tv
Bakıda bina uçub. Ölənlər var Bilgəh qəsəbəsində inşa olunan mehmanxana binasının sonuncu mərtəbəsinin uçması nəticəsində 4 fəhlə ölüb Aprelin 27-si gecə saatlarında Bakının Bilgəh qəsəbəsində inşa olunan mehmanxana binasının sonuncu mərtəbəsinin uçması nəticəsində 4 fəhlə ölüb. Bakının Sabunçu rayon Prokurorluğundan verilən məlumata görə, Kardioloji Sanatoriyanın həyətində «Azinko» şirkətinin inşa etdiyi mehmanxana binasının 9-cu mərtəbəsində beton tökmə işləri aparılarkən taxta materialdan hazırlanmış qurğu betonun ağırlığına tab gətirməyərək uçub. Nəticədə həmin tikintidə fəhlə işləyən 4 nəfər hündürlükdən düşərək aldıqları xəsarətlərdən hadisə yerində keçiniblər. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır. Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar