SON XƏBƏRLƏR

Qarabağ probldeminin həlli üçün “Yol xəritəsi”

2021.10.20, 07:36
 Qarabağ probldeminin həlli üçün “Yol xəritəsi”

Gunaz.tv
Bu gün Yerevanda səfərdə olan ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Yuri Merzlyakov Azərbaycan və Ermənistan prezidentlərinin qarşıdan gələn görüşündə Dağılq Qarabağ probleminin nizamalanması üçün “Yol xəritəsi” sənədinin imzalanmasının mümkünlüyünə aydınlıq gətirib. RİA-nın məlumatına görə, rusiyalı diplomat qeyd edib ki, “hər şey tərəflərin prezidentlər səviyyəsində hansı qərar qəbul etməsindən asılı olacaq. Prezidentlər tərəfindən nizamlamanın baza prinsiplərinin təsdiqlənməsindən sonra müvafiq sülh sazişinin necə işlənib hazırlanması məlum olacaq. Prinsiplərin təsdiqlənməsindən sonra işlər sülh sazişinin mətni layihəsinin hazırlanması müstəvisində aparılacaq”. Oruc Mustafayev /Ria.Az/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar