SON XƏBƏRLƏR

Azərbaycanın arxasından oyun qurmaq bizə yaraşarmı?

2021.10.20, 07:36
Azərbaycanın arxasından oyun qurmaq bizə yaraşarmı?

Gunaz.tv
Dəniz Baykal: «Ermənistanla sərhədləri açsaq, işğala haqq qazandırılar və işğalı haqlı kimi görmüş olarıq» Türkiyənin müxalif Cümhuriyət Xalq Partiyasının sədri Dəniz Baykal Trabzona səfəri çərçivəsində rəsmi Ankaranın xarici siyasət kursunu tənqid edib (ANS PRESS). O bildirib ki, Ermənistanla münasibətlərin bərpası ilə bağlı gedən proseslər Türkiyəni diplomatik qalmaqala aparır: «Mən Ermənistan sərhədini niyə bağlamışdım? Qarabağı işğal etmişdilər. İndi «sərhədi açın» deyirlər». İşğal aradan qalxdımı? İşğala son qoy, sərhədi açaq. İndi mən sərhədi açsam, nə olar? İşğala haqq qazandırılar və işğalı haqlı kimi görmüş olarıq. Bunlan çox təhlükəli və yanlış addımlardır. Kimə qarşı yanlış? Azərbaycana qarşı yanlış. Azərbaycan kimdir? Bizim can dostumuz, qardaşımız. Əgər biz Ermənistanla sərhədləri açsaq, Azərbaycan torpaqlarının işğalı davam edəcək və Azərbaycan-Türkiyə dostluğuna ciddi zərbə dəyəcək. Azərbaycan bizdən inciyəcək, «məni yarı yolda buraxdın», «sən məni buraxdın, Ermənistanla dost olursan» deyəcək. Azərbaycanı küsdürməyi bacardıq». Dəniz Baykal Türkiyə prezidenti Abdullah Gülü də tənqid edib. O deyib ki, Abdullah Gül Bəhreynə, Somaliyə, ərəb ölkələrinə gedir: «Ərəb ölkələrinə göstərdiyin marağı Azərbaycana göstərməyin lazım deyilmi? Niyə Azərbaycana getmir, onlara sahib çıxmırsan? Niyə bu incikliyi, yanlış anlaşmaları aradan qaldırmağa çalışmırsan? Ərəb ölkələrinə göstərdiyin marağı niyə Azərbaycandan əsirgəyirsən? Azərbaycanın arxasından oyun qurmaq bizə yaraşarmı?»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar