SON XƏBƏRLƏR

Qırğızıstanda kürdləri döyüblər - FOTOLENT

2021.10.20, 07:36
Qırğızıstanda kürdləri döyüblər - FOTOLENT

Gunaz.tv
Qırğızıstanda kürdləri döyüblər - FOTOLENT Aprelin 26-da Qırğızıstan paytaxtı Bişkəkdən 40 kilometr aralıda yerləşən Petrovka kəndində kütləvi toqquşma qeydə alınıb. Lent.az-ın “Ferqana.ru” saytına istinadən, toqquşmada 200-dən çox adama iştirak edib. Kütləvi informasiya vasitələrinin məlumatına görə, dava bir tərəfdən ruslar və qırğızlar, digər tərəfdən isə kürdlər arasında baş verib. Nəticədə bir neçə nəfər bıçaq yarası alıb. Toqquşmaya Petrovka kəndində qız uşağının zorlanması səbəb olub. İlkin informasiyaya görə, hadisəni kürd gənci törədib. Qırğızlar və ruslar kürd icmasının rəhbərlərindən onu təhvil verməyi tələb ediblər. Kürdlərin tələbi rədd etməsindən sonra kənddə dava başlayıb. Olay nəticəsində kürdlərə məxsus bir neçə ev dağıdılıb, 10-a yaxın maşın yandırılıb. Evlərdən birinin sahibi müdafiə olunaraq hücum edənlərə odlu silahdan atəş açıb. Nəticədə bir nəfər ağır yaralanaraq xəstəxanaya aparılıb. Qırğızıstan daxili işlər naziri Moldomus Konqantiyev bildirib ki, kürdlərə 24 saat ərzində kəndi tərk etmək tələbi irəli sürülüb. Yeni toqquşmaların qarşısının alınması üçün kəndə gücləndirilmiş polis dəstələri yeridilib. Hazırda zorlamada ittiham olunan gənc, eləcə də toqquşmalarda iştirak edən 40 nəfər tutulub. Faktla bağlı cinayət işi başlanılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar