SON XƏBƏRLƏR

Ermənistandakı ilk türk səfirinin adı açıqlandı

2021.10.20, 07:36
Ermənistandakı ilk türk səfirinin adı açıqlandı

Gunaz.tv
Ermənistandakı ilk türk səfirinin adı açıqlandı Ankara İrəvanla Gürcüstandakı səfiri vasitəsilə münasibət quracaq Türkiyənin İrəvanda akkreditasiya olunacaq ilk səfirinin adı bəlli olub. APA-nın Türkiyə bürosunun “Gazeteport” xəbər portalına istinadən verdiyi məlumata görə, Türkiyə və Ermənistan arasında razılaşdırılmış “yol xəritəsi”nə əsasən, iki ölkə arasında diplomatik əlaqələr qurulandan sonra Türkiyənin Gürcüstandakı səfiri Ertan Tezgör eyni zamanda İrəvanda akkreditə olunacaq. Bununla da, E. Tezgör Ermənistanda akkreditə olunmuş ilk türk diplomatı kimi tarixə düşəcək. Qeyd edək ki, E. Tezgör uzun illər Türkiyə Böyük Millət Məclisi sədrinin xarici işlər üzrə müşaviri vəzifəsində çalışıb. Türkiyə XİN-in Qafqaz İdarəsinin müdir müavini vəzifəsində işləmiş E. Tezgör 5 ildir ki, Türkiyənin Gürcüstandakı səfiridir. 2007-ci ilin mart ayında isə o, Ermənistanın keçmiş baş naziri Andranik Marqaryanın dəfn mərasimində Türkiyəni təmsil edib.

OXŞAR XƏBƏLƏR

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar