SON XƏBƏRLƏR

İran həbsxanasında Amerikalı jurnalist aclıq elan edir

2021.10.20, 07:36
İran həbsxanasında Amerikalı jurnalist aclıq elan edir

Gunaz.tv
İran həbsxanasında Amerikalı jurnalist aclıq elan edir Ötən həftə azadlıqdan məhrum edilmiş İran əsilli amerikalı jurnalist Roksana Saberi, atasının dediyinə görə, saxlanıldığı həbsxanada aclıq elan edib. “Mən çox narahatam, - jurnalistin atası Reza Saberi "Reuters" agentliyinə müsahibəsində deyib. – Qızım beş gündür ki, yeməkdən imtina edib”. Amerika xeyrinə casusluqda ittiham edilən jurnalist İnqilab Məhkəməsinin qərarı ilə 8 il həbs cəzasına məhkum edilib. 31 yaşlı xanım Saberi Tehranın Evin həbsxanasında yanvar ayından bəri saxlanılır. Bir sıra hüquq müdafiə təşkilatları jurnalistin həbsi ilə bağlı etirazlarını bildiriblər. Amerika prezidenti Barak Obama jurnalistlə rəftarı şərh edərək məyyus olduğunu deyib. Roksana Saberi əvvəllər BBC və eləcə də, Amerikanın Fox News teleşəbəkəsilə əməkdaşlıq edib. // BBC

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar